"Strateji müttəfiqlər"in KTMT görüşü: Xaçaturov Putinlə "sonsuzadək"...

2017/11/BjsoafhSEphjnZhQJwVqgKyMMZ0QXYwV54645_1511953461.jpg
Oxunub: 390     15:04     29 Noyabr 2017    
Sabah, noyabrın 30-da Minsk şəhərində baş tutacaq KTMT-nin zirvə toplantısı ərəfəsində Rusiya prezidenti Vladimir Putin təşkilatın baş katibi, Ermənistanın keçmiş baş qərargah rəisi Yuri Xaçaturovu qəbul edib.

Görüş barədə ətraflı məlumat verilməsə də, Kremldə hər hansı ciddi məsələnin müzakirə edildiyini ehtimal etməyə dəyməz. KTMT baş katibi vəzifəsi ilk baxışdan təsiredici görünsə də, əslində Moskvanın nəzarəti altında məhdud resursları ilə, öz ofisi olan bir məmur vəzifəsidir.

Xüsusən də Xaçaturov elə bir fiqur deyil ki, Putin onunla geosiyasi və ya bölgə problemlərini müzakirə etsin. Əlavə olaraq, KTMT baş katibi Putinə tapşırıqların icrası barədə məruzə edə və yeni tapşırıqlar ala bilər. Xaçaturova gəldikdə isə Putinlə 2 dəqiqəlik görüş belə onun üçün əhəmiyyətlidir, çünki bu görüşdə çəkilən şəkillərlə o, Rusiyanın fəaliyyətdə olan prezidenti ilə "sonsuzadək" tarixə düşür.

Rusiya ətrafında baş verən hərbi siyasi oyunlarda KTMT güc nümayiş etdirmək üçün yeganə zəruri vasitədir.

Postsovet məkanında KTMT Rusiyanın hərbi siyasətinin legitimliyini həyata keçirən orqandır. Bu təşkilat sayəsində Rusiya, KTMT adı altında Qarabağ münaqişəsi zonasında öz hərbi mövcudluğunu, yəni sülhməramlıların yerləşdirilməsini təmin edə bilər. Daha qlobal siyasətdə isə, KTMT Rusiyaya beynəlxalq baxımdan təcrid olunmasını zərərsizləşdirmək üçün lazımdır.

İndi erməni istehkamçılarını minadan təmizləmə işlərində iştirak etmək məqsədilə Suriyaya göndərmək məsələsinin müzakirə edilməsi təsadüfi deyil. KTMT-də vahid hərbi siyasi gündəm mövcud deyil, Ukrayna məsələsində Belarus və Qazaxstan Rusiyanın təzyiqlərinə əhəmiyyət vermədən neytrallıqlarını qorudular. Qarabağ münaqişəsi ətrafında isə daha fərqli vəziyyət hökm sürür. Təşkilatda, Ermənistan formal strateji tərəfdaşları olan Rusiya və Belarus Azərbaycana silah yardımı edir, Qazaxstan prezidenti Nursultan Nazarbayev isə prezident İlham Əliyevlə sıx münasibətlərə malikdir.

Bu baxımdan, artıq erməni cəmiyyəti əvvəllər KTMT-ni öz missiyasına görə Ermənistanın təhlükəsizlik sisteminin əsas elementlərindən biri hesab edirdisə, hazırda bu təşkilatı de-fakto Ermənistanın təhlükəsizliyinə təhdid edən qurum kimi dəyərləndirirlər. Ermənistanda heç kəs KTMT zirvə görüşlərindən müsbət bir şey gözləmir. Onlar, görüşlərin xəta-bəlasız olduğuna görə şükür edərək, ölkənin qərblə qarşıdurma meydanına çevrilməməsinə dua edirlər.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər:

Xəbər lenti

"Strateji müttəfiqlər"in KTMT görüşü: Xaçaturov Putinlə "sonsuzadək"...

2017/11/BjsoafhSEphjnZhQJwVqgKyMMZ0QXYwV54645_1511953461.jpg
Oxunub: 391     15:04     29 Noyabr 2017    