KXDR ətrafında böhran dərinləşir: Rusiya danışıqlara, ABŞ müharibəyə tələsir – Hərbi Ekspert

2017/11/45_main56456_1511948572.jpg
Oxunub: 460     13:54     29 Noyabr 2017    
Şimali Koreya bir il içində nüvə silahlarının inkişafını tamamlaya bilər.

Şimali Koreya çərşənbə axşamı saat 21.18-də iki ay yarım davam edən sükutu pozdu və nüvbəti ballistik raket buraxılışını həyata keçirdi.

ABŞ, Yaponiya və Cənubi Koreya hərbi mənbələrinin verdiyi məlumata görə, yeni raket Şimali Koreyanın indiyədək sınaqdan keçirdiyi digər ballistik raketlərə nisbətən daha üstündur.

Raketin uçuşu 53 dəqiqə davam etdi, bu müddətdə maksimum uçuş hündürlüyü 4-4,5 min km, məsafə isə təxminən min kilometr idi. Raket Yaponiyanın Aomori prefekturasında, xüsusi iqtisadi zonadan 250 kilometr aralıda dənizə düşdü. Radarlar raketin üç hissəyə bölünməsini qeyd etdilər.

Raket, asma trayektoriya ilə şaquli vəziyyətdə böyük bucaq altında buraxılıb ki, uçuş məsafəsi az olsun. Sadə bir trayektoriya ilə buraxılardısa, onun uçuş məsafəsi 13 min kilometr olardı. Bu, ABŞ-ın paytaxtı Vaşinqtonu əhatə etmək deməkdir. ABŞ Müdafiə Naziri Ceyms Mattis KXDR "demək olar ki, bütün dünyanı təhdid edə biləcək raketlər istehsal edir" və, "əlbəttə, Amerika Birləşmiş Ştatları bununla mübarizə aparacaq", - deyə bəyanat verib.

ABŞ prezidenti Donald Trump isə ABŞ-ın ölkəsinin bu problemə münasibətinin dəyişməyəcəyini vurğulayıb. "Heç bir şey dəyişə bilməz, biz bununla məşğul olacağıq, bu öhdəsindən gələ biləcəyimiz bir vəziyyətdir", - deyə Trump söz verib və əlavə edib ki, ABŞ-ın bu problemə çox ciddi yanaşması var.

Eyni zamanda ABŞ dövlət katibi Reks Tillerson, ölkəsinin hələ diplomatik dialoq aparmaq üçün açıq olduğunu söyləyib.

"Birləşmiş Ştatlar KXDR-in təhdidlərini sülh və danışıqlar yolu ilə həlli üçün yol axtarmaqda davam edir", - deyə dövlət katibi bildirib.

Yaponiyanın və Cənubi Koreyanın növbəti raket buraxılışını "təxribatdır və qəbul edilə bilməz" kimi dəyərləndirdi və güclü etirazını bildirdi. Hər iki ölkə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının təcili çağırılmasında israr etdi və toplantı cümə axşamı saat 00.30-a təyin olundu. Kanada, Fransa, Böyük Britaniya və digər ölkələr tərəfindən keçirilən sınaqlar qınandı. Yaponiya və Cənubi Koreyada Milli Təhlükəsizlik Şuralarının iclasları də təcili olaraq toplandı.

Xarici İşlər Nazirlərinin KXDR-yə qarşı sanksiyaların sərtləşdirilməsinin dəstəkləyəcəkləri gözlənilir.

Bu sınaqlara cavab olaraq Cənubi Koreya dərhal, 5 dəqiqə sonra qurudan, dənizdən və havadan raket sınaqlarını reallaşdırdı. Saat 21.23-dən 21.44-ə qədər, 19 dəqiqə ərzində KXDR ərazisinə 3 dəqiq raket zərbəsinin endirilməsi məqsədilə təlim keçirildi. Cənubi Koreyalı hərbcilər qurudan məsafəsi 300 kilometr olan "Hyenmu-2" ballistik raketinin, dənizdən məsafəsi 1000 km olan "Heson-2" raketinin və havadan məsafəsi 57 km olan "Spice-2000" raketinin buraxılışını həyata keçiriblər.

Bundan əvvəl Rusiya və Çin KXDR nüvə sinaqlarına və raket buraxılışlarına moratorium elan etməyi, Cənubi Koreya və Amerika Birləşmiş Ştatlarına isə yarımadada vəziyyəti sabitləşdirmək üçün bölgədə hərbi təlimlər keçirilməsindən çəkinməyi təklif etmişdilər, lakin Vaşinqton bu təşəbbüsü rədd etmişdi.

KXDR-nın buraxdığı raket çox güman ki, qitələrarası idi. Yapon mütəxəssislərinin gəldiyi belə bir qənaət, Yaponiyanın müdafiə naziri Isunori Onoder tərəfindən səsləndirildi. Cənubi Koreya hərbçiləri isə, KXDR-in "Xvason-14" uzunmənzilli balistik raketi sınaqdan keçdiyinə inanırlar. Bu tip iki raket bu ilin iyul ayında sınaqdan keçirilmişdi. Onlar da eyni bu dəfəki trayektoriya ilə buraxılmışdı.

Rusiya ABŞ və KXDR-i "nəfəs almağa" və danışıqlara başlamağa çağırıb. Avqustun 29-da və sentyabrın 15-də "Xvason-12" orta mənzilli raket sınaqdan keçirildi. İki ay yarım sükutdan sonra isə Şimali Koreyanın "Xvason-15" raketin sınaqdan keçirməsi ilk dəfədir. Hər dəfə raketlər Yaponiyanın ərazisində dənizə düşür. Rusiya Federasiya Şurasının Beynəlxalq Komitəsinin sədri Konstantin Kosaçev bildirib ki, Şimalı Koreya bu müddət ərzində ABŞ və müttəfiqlərinin də eyni təmkin göstərəcəyini gözləyirdi.

"Təəssüf ki, bu baş vermədi və bu gün baş tutan sinaqlar, bəlkə də regionda ABŞ və onun müttəfiqlərinin mövqeyinin sərt olmasından irəli gələn məyusluğu nümayiş etdirir", - deyə Kosaçev bildirib.
Yaponiyalı bəzi ekspertlər isə, raket buraxılışlarının bərpasını Birləşmiş Ştatların terrorizmə dəstək verən ölkələr siyahısına Şimali Koreyanı da əlavə etməsinə bir cavab olduğuna inanırlar.

Hərbi Ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər: ABŞ   KXDR   Nüvə-sınaqları  

Xəbər lenti

KXDR ətrafında böhran dərinləşir: Rusiya danışıqlara, ABŞ müharibəyə tələsir – Hərbi Ekspert

2017/11/45_main56456_1511948572.jpg
Oxunub: 461     13:54     29 Noyabr 2017    