Yaxın Şərqdə “yumru künclü daş”: Geosiyasi və konseptual baxış - ANALİZ

2017/11/abs456456_3023738514.jpg
Oxunub: 485     15:30     28 Noyabr 2017    
ABŞ İŞİD-lə mübarizə bitdikdən sonra qoşunlarını Suriyadan çıxarmayacağına dair məlumat yayıb. Həmçinin Vaşinqton PYD-ni dəstəkləməyə davam etmək niyyətində olduğunu bildirib.

Ordu.az kürdlərin Suriya münaqişəsində və bütünlükdə Yaxış Şərq regionunda hansı rolu oynaması barədə araşdırmanı təqdim edir.

ABŞ rəhbərliyi PYD-nin dəstəklənməsində Suriya və İranın onların siyasəti ilə uyğun tərzdə düşünməyən liderlərinə, həmçinin Rusiyanın Yaxın Şərqdə öz mövqelərini möhkəmləndirməsinə mane olmaq imkanını görürlər. Məsələn, kürdləri Suriya Respublikasının gələcəyinin müəyyən ediləcəyi Dəməşq danışıqlar prosesinə təsir üçün istifadə etmək olar.

Məlum olduğu kimi, Rəqqanın İŞİD terrorçularından azad edilməsindən sonra PYD mövqelərini Suriyanın şimalında möhkəmləndirdi. Burada asılı olmayan rəsmi hökumətə malik muxtar qurumun yaradılması Birləşmiş Ştatlara ələ keçirilmiş resurslar üzərində nəzarət yaratmaq və öz hərbi bazalarını burada yerləşdirərək Bəşər Əsəd hökuməti üçün daimi problem mənbəyinə çevirmək imkanı verəcək.

Suriya – yumru künclü daş

“ABŞ-ın Suriyada qalmaq istəyini anlamaq üçün Yaxın Şərqin xəritəsinə baxmaq kifayətdir. Bu ölkə bütün Yaxın Şərqin siyasəti və geostrateji mövqeyi üçün yumru künclü daşdır. Məntiqidir ki, Vaşinqton öz maraqlarının təmin edilməsi üçün burada möhkəmlənmək istəyir”, - deyə şərqşünas Aleksandr Vavilov müsahibələrinin birində qeyd edib.

Həmçinin ABŞ-ın məqsədlərinə həyata keçirmək üçün məhz kürdlərdən istifadə etməsi yetərincə təhlükəlidir.

Birincisi, ABŞ hərbçilərinin Suriyada olması faktının özü beynəlxalq hüquq normalarının kobud surətdə pozulmasıdır. Axı Dəməşq və Moksvanın da dəfələrlə qeyd etdiyi kimi, onları Suriyaya heç kim çağırmayıb.

İkincisi, öz müstəqilliyini elan edən İraq Kürdüstanının müstəqilliyini hələ heç kim, cümlədən qonşu kürdlər də tanımayıb. Bu məsələ Suriyada da baş verə bilər.

Həmçinin artıq indi Suriyanın şimalında PYD ilə yerli ərəb taydaları arasında yeni qarşıdurmalar yaranıb, bu isə yeni qeyri-stabillik faktorunu yaradır.

“Hazırda bu muxtariyyət var, lakin ola bilsin ki, sabah olmasın. Yəni bütün kartları kürd təşkilatlanmasına qoymaq ABŞ üçün azprespektivlidir”, - deyə Aleksandr Vavilov bildirib.

PYD-ni dəstəkləyərək Vaşinqton həmçinin PKK-nı terror təşkilatı olaraq tanıyan regionun vacib oyunçusu və NATO üzvü Türkiyə ilə də əlaqələri sonlandırmaq təhlükəsi ilə üzləşir.

Ekspertlərin böyük əksəriyyətinin fikrincə, Suriyanın gələcəyi, o cümlədən kürd təşkilatlanması barədə məsələlər istisnasız olaraq yerli əhali tərəfindən müəyyənləşdirilməlidir. Məhz bu səbəbdən Rusiya hazırda hər kəsi Ümumsuriya Milli Dialoq Konqresinə səsləyir.

Yaxın Şərqdə yeni nizam

Yeni Dövlətlərin Beynəlxalq İnstitutunun “Yaxın Şərq – Qafqaz” tədqiqat mərkəzinin rəhbəri Stanislav Tarasov bildirir ki, əgər xəritəyə nəzər salsaq, İraq, Türkiyə, İran və Suriyada çoxmilyonlu kürd əhalisi yaşayır. Onlar arasında həm dini, həm də siyasi sahədə bir çox fərqlər mövcuddur. Həmçinin nəzəri olaraq onlar birləşə bilərlər. Belə olan halda Dəməşq, Ankara, Tehran və Bağdad gec və ya tez öz ölkələrinin administrativ yenidənqurması barədə məsələni həll etməli olacaqlar. Buna görə də, indi onlar ABŞ-ın kürdləri öz məqsədləri üçün istifadə etməyə qərar verdiyi Suriyada baş verən prosesləri diqqətlə izləyirlər.

“Yalnız Suriyanın deyil, bütün Yaxın Şərqin gələcək taleyinin həll ediləcəyi mübarizənin yeni mərhələsi başlayır. Kürdlər çiyinləri arxasında ABŞ var ikən muxtariyyət uğrunda vuruşacaqlar. Türkiyə buna qarşı çıxacaq. Vəziyyət qəlizdir. Lakin Rusiya bütün gücü ilə bu xaosa nizam gətirməyə çalışır”, - deyə Tarasov bildirib.

Onun sözlərinə görə, KİV-lərin ABŞ-ın Suriyadakı niyyətləri barədə hər hansı məlumatına etibar etmək düzgün olmaz. Belə ki, KİV-lərdə yetərincə çox hallarda məlumat ya dəqiq olmur, ya da sifarişlə yazılır.

“Diplomatların da dediyi kimi, sənədlərə baxmaq lazımdır. Dananqda Rusiya və ABŞ prezidentlərinin Suriyanın ərazi bütövlüyünün saxlanması barədə bəyanatı imzalanıb və bu, prinsipial mövqedir. Ardınca isə Soçidə Türkiyə və İran liderlərinin iştirakı ilə sammit baş tutdu, bu prinsip orada daha da möhkəmləndirildi. O, Suriyanın şimalında hər hansı muxtariyyətin yaradılmasını nəzərdə tutmur”, - deyə ekspert qeyd edib.

Təqdirəlayiqdir ki, Soçidə keçirilən danışıqlardan sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bəşər Əsədlə görüşmək niyyətində olduğunu bildirdi, halbuki bu görüşə qədər Ankara tam əks mövqedə dayanmışdı.

Belə qənaətə gəlmək olar ki, Rusiya artıq öncədən danışıqlar aparmaq istəməyən tərəfləri dialoqa istiqamətləndirməyə nail olub. Bu məsələdə Yaxın Şərq regionunda stabilliyin taleyi geniş ölçüdə asılıdır. Baş tutacaq Milli Dialoq Konqresi də bu məsələni həll etməyə çalışacaq.

Kürdlərlə dialoqa hazırlığı daha öncə Suriya prezidenti Bəşər Əsəd bəyan edib. O, buna həm konstitusiyaya yenidən baxılması, həm yeni seçkilərin keçirilməsi şərtlərini qəbul edərək razı oldu. Lakin Əsədin yeganə tələbi var – ölkənin vahidliyinin və suverenliyinin saxlanılması.

Başqa sözlərlə desək, kürdlər üçün sülh danışıqlarına razılaşmaq ABŞ-ın havadarlığı ilə getməkdən daha çox sərf edir. Xüsusən də, nəzərə alsaq ki, Birləşmiş Ştatlar onları yalnız yeni maneə və tələ qismində istifadə etmək niyyətindədir. Bu yolun özü maneələrdən məhrum deyil. Və heç də hər zaman yalnız irəliyə doğru aparmır...

Ağalar Qəribov
Ordu.az

Teqlər:

Xəbər lenti

Yaxın Şərqdə “yumru künclü daş”: Geosiyasi və konseptual baxış - ANALİZ

2017/11/abs456456_3023738514.jpg
Oxunub: 486     15:30     28 Noyabr 2017    