"Heç vaxt istifadə etməyəcəyinizə ümid etdiyiniz bir şeyə sərf olunan 1.2 trilyon dollar" - Harri Bleyin

2017/11/mushroom_cloud_wallpaper__non_updated__by_jd_0_g-d8fu8tg645645_1511442722.jpg
Oxunub: 451     17:06     23 Noyabr 2017    
“Biz dünyanı davamlı olaraq daha təhlükəli yer edən silahlar üçün 1.2 trilyon dollar xərcləyirik”.

Ordu.az Nyu-York şəhər universiteti, siyasi elmlər doktoru Harri Bleyin Konqresin Büdcə Ofisinin (KBO) 31 oktyabr hesabatına dair məqaləsini təqdim edir.

Konqresin budcə ofisinin (KBO) 31 oktyabr hesabatına əsasən hansı silahların alınması və maliyyətinin nə qədər olması ilə bağlı bizim 30 illik fəaliyyət planımız mövcuddur. Narahatlıq üçün ciddi əsaslarımız var.

“Göyqurşağının ucundakı bir qab dolusu qızıl”

Dəqiq olaraq nə qədər? Ümumilikdə 1.2 trilyon dollar. Hətta 30 il ərzində olsa belə, bu çox böyük yatırımdır.

Hər ilə düşən pulla, Rusiyanın hərbi büdcəsinin yarısından çoxu, beş Ətraf Mühitin Müdafiəsi Agentliyi, yaxud ən azından ABŞ – Meksika sərhədinə 3 möhkəm divarın xərclərini ödəmək olar.

O, xüsusilə ona görə böyük investisiyadır ki, heç vaxt istifadə etməyəcəyinizə ümid etdiyiniz bir şeyə yatırırsınız. Nüvə silahları ucuz deyil: KBO-ya əsasən, təkcə hazırda mövcud olan nüvə qüvvələrinin saxlanılması üçün 800 milyard dollar xərclənəcək. Yeni materiallar üçün isə, 400 milyard dollar nəzərdə tutulub. Hazırki nüvə silahlarının böyük hissəsi on illər öncə hazırlanıb və demək olar ki, istifadə müddətini başa vurur.

Bu mənada, ola bilsin ki, xərclər qəbulediləndir. Nüvə silahı infrastrukturunun pozulması təhlükəsizliyə daha böyük təhdiddir. Əgər dünyanın ən ölümcül silahına sahibsinizsə, onun qayğısına da qalmalısınız.

Buna baxmayaraq, Silahlara Nəzarət Assosiasiyasından Kinqston Reifin dediyi kimi “Bu bir həqiqətdir ki, ABŞ hökuməti göyqurşağının ucunda qızıl dolusu qab tapmadığı müddətcə Tramp administrasiyası tərəfindən miras qoyulan nüvə xərcləmələri israfdan başqa bir şey olmayacaq”.

Mövzuyla bağlı Nyu York Taymsın başlığı – “Nüvə arsenalı üçün tələb olunan 1.2 trilyon dollarla bağlı Trampın planı” - ya məsum bir yanlış, ya da aldadıcı ritorikadır. KBO öz hesabatının birinci bəndində “Obama Administrasiyasının 2017-ci il büdcə tələbi”ndən qaynaqlandığını qeyd etsə də, qoyulan başlıq yanlışlıqla bu bahalı proqramın 45-ci prezidentə aid olduğunu önə sürür.

Bu xırda məqam deyil.

Bir çox amerikalı kimi Obamanın qərarlarına Donald Trampınkından daha çox güvənsəniz də, bəzi dərin suallar üzərində düşünməlisiniz: hər hansısa bir prezidentin bu ölçüdə nəhəng nüvə arsenalına rəhbərlik etməsini istəyirəmmi? Ən ağıllı və ayıq rəhbər komandir belə qərar verərkən dəhşətli bir səhv edə bilərmi? Daha təhlükəli silahlarımız da varmı?

Məsələn, KBO-nun modernizasiya planlaşdırılmasına daxil etdi yeni nüvə raketi, LongRange Standoff (LRSO) silahı. Hava qüvvələri yeni raketin digər silahlar üçün əlçatılmaz olan mühüm ərazilərdə düşmən hədəflərini təhdid etmə kimi unikal üstünlüyünün olduğunu və beləliklə təcavüzkarlara qarşı mübarizədə daha böyük imkan yaratdığını bildirir. Açıqlamaya görə, həmin silahdan 1000 dənəsinə ehtiyacımız var.

Lakin, bu yatırımın sonrakı nəticələri tam aydın deyil. Bu addım digər liderləri “Əgər ABŞ-a hücum etsəydim onlar 24 saat ərzində mənim 9 şəhərimi dağıda bilərdilərsə, indi 50-sini məhv edə bilərlər. Bundan sonra iki dəfə düşünəcəm” deyə düşünməyə vadar edir.

Bu şübhəli məntiqi kənara qoyaraq, ən azı bir keçmiş müdafiə nazirinin bu planın gətirəcəyi problemlərlə bağlı fikirlərinə diqqət edək. Uilyam Perry (Müdafiə Naziri, 1994-1997) və Endi Veber (KQS müdafiə proqramı üzrə müdafiə nazirinin köməkçisi, 2009-2014) “Vaşinqton Post” qəzetində yazır: “Heç bir xəbərdarlıqsız başladıla bilər, kruiz raketləri birmənalı şəkildə sabitliyi pozan silahlardır.”

Başqa bir sözlə, əgər biz şərti müharibəyə daxil olsaq, bu raketlərdən istifadə etsək, Vladimir Putin, Kim Çen In, Xi Tsinpinq yaxud hər kimi ki, biz məhv etmək istəyirik, bizim həddi aşdığımızı düşünə bilər. Şübhəsiz ki, onlar buna nəzakətlə cavab verməyəcəklər.

Fərz edək ki, qələbə qazandıq, bəs onunla ne edəcəyik?”

Bəlkə də mən səhv edirəm.

Bəlkə də trilyon dollar, taktiki silahlar, “Kolumbiya-klas” dənizaltılar, 1000 dənə nüvə raketi nüvə müharibəsinin astanasında bizim tamamilə ehtiyacımız olan şeylərdir - rəqiblərimiz bizi məhv etmədən biz onları məhv edək.

Bu qələbə necə olacaq? Eyzenhauer 1954- cü ildə bir qrup zabitlə ehtimalları dəyərləndirmişdi:

“Döyüşə hansı dərəcədə hazır olmağımızın fərqi yoxdur, önəmli deyil ki, biz 24 saat ərzində Kyubişev, Moskva, Leninqrad, Bakı və SSRİ-yə müharibəni davam etməkdə imkan yaradan digər bütün şəhərləri məhv edə bilərik. Mən bu sual üzərində düşünməyinizi istəyirəm: Fərz edək ki, qələbə qazandıq, bəs onunla neyniyəciyik?”

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: ABŞ   Nüvə-silahı  

Xəbər lenti

"Heç vaxt istifadə etməyəcəyinizə ümid etdiyiniz bir şeyə sərf olunan 1.2 trilyon dollar" - Harri Bleyin

2017/11/mushroom_cloud_wallpaper__non_updated__by_jd_0_g-d8fu8tg645645_1511442722.jpg
Oxunub: 452     17:06     23 Noyabr 2017    