WSJ: Rusiya Suriya məsələsinin tənzimlənməsində dominantlıq edir

2017/11/suryasavash234234_1511426210.jpg
Oxunub: 317     12:35     23 Noyabr 2017    
Rusiya Suriya məsələsinin tənzimlənməsində getdikcə daha çox dominantlıq edir, ABŞ isə bu prosesdə ikinci dərəcəli mövqe almaqdadır.

Ordu.az “The Wall Street Journal” nəşrinə istinadən xəbər verir ki, bu qiymətləndirmə ABŞ qəzetinin Moksva və Londondakı müxbirlərinin Türkiyə, Rusiya və İran prezidentləri Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin və Həsən Ruhani görüşünün nəticələrinə həsr olunan qənaətidir.

“Soçi sammiti Birləşmiş Millətlər Təşkilatının egidası altında Cenevrədə keçiriləcək yeni mərhələsi ərəfəsində baş tutub. Son aylarda Moskva Suriya münaqişəsinin yekunlaşdırılmasına yönəldilmiş cəhdlərdə daha çox dominantlıq edir, həmçinin BMT egidası altında keçirilən danışıqları kölgəyə alaraq özünü regionun güc dövləti kimi nümayiş etdirir. Suriyada gərginliyin azalması sahəsində proqres əsasən Astana görüşündə əldə olunan nəticələrlə bağlıdır”, - deyə məlumatda bildirilir.

Məqalədə qeyd olunur ki, Birləşmiş Ştatlar nə vaxtsa Suriya danışıqlarında lider rolu oynayıb, indi isə ikinci dərəcəli rol oynayır. Belə ki, son illərdə əsas diqqət İŞİD-in məhvinə yönəldilib.

Məqalənin müəllifləri xatırladırlar ki, dünən baş tutan üçtərəfli görüşdən öncə Putin suriyalı həmkarı Bəşər Əsədlə görüşüb, həmçinin ABŞ prezidenti Donald Tramp, Səudiyyə Ərəbistanının lideri Salman İbn Əbdül Əziz əl-Saud və İsrailin baş naziri Binyamin Netanyahu ilə telefon danışıqları keçirib.

“Cenevrə prosesi 1,5-2 il ərzində görünüdüyü kimi, özlüyündə artıq irəliləmək üçün yer qoymayıb. Yanvar ayında 10 aylıq fasilədən sonra proses yenilənəndə Rusiya, Türkiyə və İranın təşəbbüsünə ehtiyac duyuldu, onlar isə Astana prosesini işə saldılar”, - deyə daha öncə Sergey Lavrov bildirib.

Ağalar Qəribov
Ordu.az

Teqlər: Suriya-böhranı   Rusiya-ABŞ  

Xəbər lenti

WSJ: Rusiya Suriya məsələsinin tənzimlənməsində dominantlıq edir

2017/11/suryasavash234234_1511426210.jpg
Oxunub: 318     12:35     23 Noyabr 2017    