ABŞ HHQ-nin qəzaya uğramış təyyarəsinin 8 üzvünü tapıblar - YENİLƏNİB

2017/11/2880px-C-2_Landeanflug_13456345_1511340527.jpg
Oxunub: 344     17:21     22 Noyabr 2017    
ABŞ Hərbi Hava Qüvvələrinin qəzaya uğramış təyyarəsində olan 11 nəfərdən 8-i aşkar olunub.

Ordu.az xəbər verir ki, bu barədə “Associated Press” nəşri Yaponiya Müdafiə Nazirliyinin məlumatına istinadən xəbər yayıb.

Bununla belə, onların sağ qalıb-qalmamaları barədə bir söz deyilmir.

Xatırladaq ki, aviaqəza Fillipin dənizində yerləşən Okinava adasının cənub-şərq hissəsində yerli vaxtla saat 14:45-də (Bakı vaxtı ilə 9:45-də) baş verib. Hava gəmisi “Ronald Reyqan” təyyarə daşıyıcısına uçmalı idi.

Yaponiyanın müdafiə naziri İsunori Onodera bəyan edib ki, qəzanın səbəbi mühərrikdə yaranan problemlər ola bilər.

*****

ABŞ Hərbi Dəniz Qüvvələrinin hava gəmisi Sakit okeanda yerləşən Yaponiyanın Okinava adasının sahillərində qəzaya uğrayıb.

Ordu.az “İzvestiye” nəşrinə istinadən xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

ABŞ 7-ci operativ donanmasının komandanlığının verdiyi məlumata görə, təyyarənin göyərtəsində 11 nəfər var idi.

Bildirilir ki, hava gəmisi bu rayonda yerləşən “Ronald Reyqan” təyyarə daşıyıcısı istiqamətində uçurdu.

Kreyser göyərtəsinin aviasiyası axtarış-xilasetmə əməliyyatı yerinə yetirir. Qəzanın səbəbi hələ məlum deyil.

Ağalar Qəribov
Ordu.az

Teqlər: HHQ   Filippin   ABŞ  

Xəbər lenti

ABŞ HHQ-nin qəzaya uğramış təyyarəsinin 8 üzvünü tapıblar - YENİLƏNİB

2017/11/2880px-C-2_Landeanflug_13456345_1511340527.jpg
Oxunub: 345     17:21     22 Noyabr 2017    