Monqolustanın müdafiə naziri KXDR-ə dəstək verdi

2017/11/mongolia-konferencia-asia-bezopasnost456456_1511340247.jpg
Oxunub: 239     12:42     22 Noyabr 2017    
Şimal-Şərqi Asiyanın təhlükəsizliyi üzrə “Ulan-Bator dialoqu” beynəlxalq konferensiyasında KXDR rəsmi nümayəndələrinin iştirakı müsbət hadisədir.

Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə bu gün MONTSAME agentliyi Monqolustanın müdafiə naziri Nyamaagiyn Engboldun sözlərinə istinadən məlumat yayıb.

“Biz Pxenyanın bu beynəlxalq dialoq mexanizmində iştirakını müsbət qiymətləndiririk”, - deyə Monqolustanın müdafiə naziri KXDR-in ölkədəki səfiri Xon Qyu ilə söhbəti zamanı vurğulayıb.

Enhbold bu istiqamətdə əməkdaşlığın zəruri olduğunu bildirərək KXDR səfirinin ölkələr arasında əlaqələrin möhkəmlənməsində böyük rolunu qiymətləndirdiyini qeyd edib.

Görüşdə təhlükəsizlik və milli təhlükəsizlik sahəsində Monqolustan və KXDR əməkdaşlığı müzakirə edilib. Tərəflər regionda ölkələr arasında qarşılıqlı etibar və etimadın olması prinsipini rəhbər tutaraq ordular arasında əlaqələrin möhkəmləndirilməsinə hazır olduqlarını bildiriblər.

Ağalar Qəribov
Ordu.az

Teqlər: KXDR   Monqolustan  

Xəbər lenti

Monqolustanın müdafiə naziri KXDR-ə dəstək verdi

2017/11/mongolia-konferencia-asia-bezopasnost456456_1511340247.jpg
Oxunub: 240     12:42     22 Noyabr 2017    