Ermənistan parlamentində fərarilik skandalı: Generallar komissiya sədrini saymır

2017/11/default345345_1511335200.jpg
Oxunub: 216     11:17     22 Noyabr 2017    
Erməni generallar Nahapetyanın orduda xidmət etmədiyini “üzünə” vuraraq iclaslarda iştirak etmirlər.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, dünən Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik daimi komissiyasının növbəti iclası keçirilib.

Hakim Respublikaçılar partiyasından olan Koryun Nahapetyanın sədrlik etdiyi komissiyanın iclasında həmişə olduğu kimi general Manvel Qriqoryan, Seyran Saroyan və Mihran Poğosyan iştirak etməyib.

Bu dəfə keçirilən iclasda isə, “Tsarukyan” və “Yelk” fraksiyalarından olan deputatlardan Vahan Karapetyan, Artur Manukyan və Sasun Mikayelyan da iştirak etməyiblər.

Məlumatlara görə, Nahapetyan general Manvel Qriqoryan və Seyran Saroyanı iclaslarda iştirak etməyə məcbur edə bilmir. Onlar Nahapetyanın orduda xidmət etmədiyini onun üzünə deyiblər. Yayılan məlumatları dəqiqləşdirmək istəyən jurnalistlərə Nahapetyan cavab verməyib.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Hərbi-xidmət   Fərarilik   Erməni-ordusu  

Xəbər lenti

Ermənistan parlamentində fərarilik skandalı: Generallar komissiya sədrini saymır

2017/11/default345345_1511335200.jpg
Oxunub: 217     11:17     22 Noyabr 2017    