İŞİD Həma vilayətində bir neçə kəndi ələ keçirdi

2017/11/işid-flippin34534_1511332495.jpg
Oxunub: 192     10:34     22 Noyabr 2017    
İŞİD terror qruplaşmasının üzvləri Həma vilayətində bir neçə kənd ələ keçiriblər.

Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Suriyanın SANA agentliyi məlumat yayıb.

Daha öncə bildirilirdi ki, bu ərazilər daha öncə “Ən-Nüsra Cəbhəsi”nin rəhbərlik etdiyi “Həyat Təhrir əş-Şam” terror qruplaşmasının nəzarətində olub.

İŞİD “Həyat Təhrir əş-Şam”ın bu ərazini tərk etməsindən istifadə edərək Aliya, Sürüc, Əbu Mərv və Əbu Hanadik kəndlərində nəzarəti ələ keçirib. Suriya ordusu bu kəndlərdə “Həyat Təhrir əş-Şam”ın mövqelərinə müxtəlif cinahlardan hücuma keçiblər ki, bundan sonra terrorçular kəndləri tərk etmək məcburiyyətində qalıblar.

Hazırda Suriya ordusu “Həyat Təhrir əş-Şam”ı təqib etdiyindən boş qalan kəndlərə İŞİD hücum edərək nəzarəti ələ keçirib.

Ağalar Qəribov
Ordu.az

Teqlər: İŞİD   Suriya-böhranı   Həma  

Xəbər lenti

İŞİD Həma vilayətində bir neçə kəndi ələ keçirdi

2017/11/işid-flippin34534_1511332495.jpg
Oxunub: 193     10:34     22 Noyabr 2017    