Makkeyn Putinlə danışdığına görə Trampı tənqid edib

2017/11/234234234_1511330839.jpg
Oxunub: 207     10:07     22 Noyabr 2017    
Senator Con Makkeyn ABŞ prezidenti Donald Trampı Suriya məsələsi barədə Vladimir Putinlə danışıqlar apardığına görə tənqid edib.

Ordu.az xəbər verir ki, bu barədə senator şəxsi “Twitter” hesabında yazıb.

Müdafiə üzrə Komitet Senatının rəhbəri olan Makkeynin fikrincə, Ağ Ev problemləri Rusiya ilə birgə həll edəcəyinə ümid bəsləməklə böyük səhvə yol verir.

“Bu, növbəti dəfə prezidentin ABŞ-la Rusiyanın ümumi problemləri həll edə bilməsinə dair ümidinin yanlışlığını nümayiş etdirir. Bizə Suriya məsələsində təcili strategiya lazımdır”, - deyə senator qeyd edib.

Xatırladaq ki, Putin və Tramp telefon danışığı ilə İranın nüvə proqramı ətrafında situasiyanı, Koreya yarımadasında vəziyyəti və Ukrayna böhranını müzakirə ediblər.

Bundan sonra isə ABŞ prezidenti bəyan edib ki, Vladimir Putinlə “möhtəşəm” telefon danışığı gerçəkləşdirib. Güman etmək mümkündür ki, Makkeynin qəzəblənməsinin əsas səbəbi də məhz bu olub.

Ağalar Qəribov
Ordu.az

Teqlər: Putin   Tramp   Suriya-böhranı  

Xəbər lenti

Makkeyn Putinlə danışdığına görə Trampı tənqid edib

2017/11/234234234_1511330839.jpg
Oxunub: 208     10:07     22 Noyabr 2017    