Qarabağda erməni hərbçilər minaya düşdü: 3 ölü, bir yaralı (DETALLAR)

2017/11/1462103494_1461738204_x34535_1511329503.jpg
Oxunub: 2422     10:47     22 Noyabr 2017    
Ermənistan ordusunda hərbi qulluqçuların ölümü ilə nəticələnən daha bir qanlı insident baş verib.

Xəbər verdiyimiz kimi, dünən işğal altında olan Qarabağın Ağdərə yaşayış məntəqəsi ərazisində yerləşən düşmən ordusunun bölmələrindən birində partlayış baş verib. Hadisə nəticəsində, 3 nəfərin öldüyü və yaralananların olduğu bildirilir.

Erməni saytlarının və ölənlərdən birinin qohumunun sosial şəbəkədə paylaşdığı məlumata görə, hadisə mina quraşdırılarkən baş verib və nəticədə 1995-ci il təvəllüdlü leytenant Qeğam Zakaryan ölüb.

Ağır yaralanan hərbi qulluqçular 1998-ci il təvəllüdlü Sarkis Abrahamyan və 1998-ci il təvəllüdlü Sarkis Melikyan da ölüb. Ölən hərbçilərdən ikisinin müqavilə əsasında xidmət edən hərbçi, ağır vəziyyətdə hospitala aparılan birinin isə əsgər olduğu bildirilir. Çoxlu sayda qəlpə yaraları alan 1998-ci il təvəllüdlü Narek Hoveyanın da sağ qalma ehtimalının olmadığı bildirilir.

*****

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, dünən saat 18:35 radələrində işğal altında olan Qarabağın şimal-şərq istiqamətində yerləşən hərbi hissələrdən birinin döyüş postunda erməni hərbçilər Qeğam Koryun Zakaryan (1995-ci il təvəllüdlü), Sarkis Qurqen Abrahamyan (1998-ci il təvəllüdlü) və Sarkis Mher Melikyan (1997-ci il təvəllüdlü) mina partlaması nəticəsində ölüblər.

1998-ci il təvəllüdlü Narek Hayki Hoveyan isə yaralanıb. Onun vəziyyəti ağır qiymətləndirilir.

Cinayət işi açılıb, hadisə ilə bağlı istintaq aparılır.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Erməni-ordusu   Ölüm   Mina  

Xəbər lenti

Qarabağda erməni hərbçilər minaya düşdü: 3 ölü, bir yaralı (DETALLAR)

2017/11/1462103494_1461738204_x34535_1511329503.jpg
Oxunub: 2423     10:47     22 Noyabr 2017    