Xızıda 203 ədəd partlamamış hərbi sursat aşkarlanıb

2017/11/234234_1511327695.jpg
Oxunub: 333     09:14     22 Noyabr 2017    
Müdafiə Nazirliyinin Xızı rayonu ərazisində yerləşən N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar ANAMA, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinın birgə keçirdiyi təmizləmə əməliyyatları davam edir.

ANAMA-dan Ordu.az-a verilən məlumata görə, noyabrın 21-də partlayış baş vermiş hərbi hissənin ətrafına baxış zamanı 203 ədəd partlamamış hərbi sursat (PHS), 218 ədəd partlamış-yanmış mərmi qalıqları və 691 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 174 000 kv.m (17.40 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 76 gün ərzində 19 494 ədəd partlamamış hərbi sursat (PHS), 8 959 ədəd partlamış-yanmış sursat qalıqları və 69 370 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 69 434 785 kv.m (6 943 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Ordu.az

Teqlər: Xızı   Hərbi-sursat  

Xəbər lenti

Xızıda 203 ədəd partlamamış hərbi sursat aşkarlanıb

2017/11/234234_1511327695.jpg
Oxunub: 334     09:14     22 Noyabr 2017    