Paraşenko Hava Desant Qüvvələrinin adını dəyişib

2017/11/345345_1511269767.jpg
Oxunub: 263     17:08     21 Noyabr 2017    
Bundan sonra Ukrayna Hava Desant Qüvvələrinin adı Desant Hücumçu Qüvvələr, desantçıların beretləri qara-tünd çəhrayı rənglərdə olacaq.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Petro Paraşenko bəyan edib.

“Bundan sonra mənim qərarıma əsasən Ukrayna desantçılarının rəngi qara-tünd qırmızı olacaq. Bu, qan rəngidir, Ukrayna uğrunda döyüşlərdə tökülən sizin qanınızın rəngidir”, - deyə Ukrayna prezidenti Kiyevin mərkəzində Desantçı Günü ilə əlaqədar təşkil edilən tədbirdə çıxışı zamanı qeyd edib.

O bildirib ki, 19-u NATO üzvü olan dünyayın 59 ölkəsinin desantçılarının beretləri tünd qırmızı rəngdədir. Paraşenkonun sözlərinə görə, bununla Ukrayna NATO-nun daha bir standartını özünə tətbiq etmiş olur.

Ukrayna prezidenti vurğulayıb ki, ölkəni NATO üzvü etmək niyyətindədir.

Paraşenko həmçinin məlumat verib ki, indi beretlərdə yeni nişan olacaq: gerbin yerinə Cəbrayılın qanadlarını açdığı paraşüt gümbəzi və alovlanan qılınc işarəsi olacaq.

Ukrayna lideri eyni zamanda Hava Desant Qüvvələrinin adını dəyişərək Desant Hücumçu Qüvvələri edib.

“Ukraynalaşdırmanın bu hissəsi Sovet-Rusiya qaydasını əvəz etmək məqsədilə qəbul olunub”, - deyə Paraşenko bildirib.

Ağalar Qəribov
Ordu.az

Teqlər: Poroşenko   Ukrayna   HDQ  

Xəbər lenti

Paraşenko Hava Desant Qüvvələrinin adını dəyişib

2017/11/345345_1511269767.jpg
Oxunub: 264     17:08     21 Noyabr 2017    