NATO Ermənistana 1.3 milyon avro ayırır: 161 ədəd texnika məhv ediləcək

2017/11/34534_1511267828.jpg
Oxunub: 4005     16:35     21 Noyabr 2017    
Ermənistan ordusu istismar müddətini başa vurmuş 140 ədəd hərbi texnikanı məhv edəcək.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə bu gün Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının iclasında “Ermənistan respublikası və NATO-nun təminat və tədarük şirkətləri arasında əməldaşlığa dəstək haqqında” razılaşma təsdiqlənib.

Ermənistan müdafiə nazirinin müavini Artak Zakaryanın sözlərinə görə bu razılaşma əsasında istismar müddətini başa vurmuş 1,3 milyon avro dəyərində hərbi texnika və silah məhv ediləcək.

Məlumata görə, 3 ildir davam edən danışıqlardan sonra Almaniya NATO-nun fondu vasitəsilə 1,3 mln avro ayrılmasına razılıq verib.

Metal qırıntılarından əldə edilən 100 min avroyadək vəasit humanitar minadan təmizləmə tədbirlərinə yönəldiləcək.

Onun sözlərinə görə, istismar müddətini başa vumuş 140 ədəd hərbi texnika, o cümlədən 21 ədəd zirehli texnikanın məhv edilməsi nəzərdə tutulub.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Erməni-ordusu   NATO  

Xəbər lenti

NATO Ermənistana 1.3 milyon avro ayırır: 161 ədəd texnika məhv ediləcək

2017/11/34534_1511267828.jpg
Oxunub: 4006     16:35     21 Noyabr 2017    