Türkiyə Baş Qərargah rəisi Soçiyə getdi

2017/11/456456_1511265514.jpg
Oxunub: 254     15:58     21 Noyabr 2017    
Türkiyə Silahlı Qüvvələri Baş qərargahının rəhbəri Hulusi Kar Rusiya və İrandan olan həmkarları Valeri Gerasimov və Məhəmməd Hüseyn Bakəri ilə görüşmək üçün Soçiyə yola düşüb.

Ordu.az xəbər verir ki, bu barədə bu gün Türkiyə Silahlı Qüvvələri Baş qərargahı tərəfindən yayılan məlumatda bildirilir.

“General Hulusi Akar noyabrın 21-də Rusiya və İrandan olan həmkarları Valeri Gerasimov və Məhəmməd Hüseyn Bakəri ilə üçtərəfli görüşdə iştirak etmək üçün Soçiyə yola düşüb”, - deyə məlumatda qeyd edilir.

Qeyd edək ki, Türkiyə, Rusiya və İran prezidentləri Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin və Həsən Ruhani arasında görüş noyabrın 22-də Soçidə baş tutacaq. Kremlin mətbuat xidmətinin daha öncə məlumat verdiyi kimi, görüşdə Astana formatında Suriya məsələsinin tənzimlənməsi barədə danışıqlar aparılacaq.

Ağalar Qəribov
Ordu.az

Teqlər:

Xəbər lenti

Türkiyə Baş Qərargah rəisi Soçiyə getdi

2017/11/456456_1511265514.jpg
Oxunub: 255     15:58     21 Noyabr 2017    