Ərdoğandan ABŞ-a sərt sözlər: “ABŞ Yaxın Şərqdə yeni dizayn yaratmaq istəyir”

2017/11/1509031401453_1511263805.jpg
Oxunub: 265     15:29     21 Noyabr 2017    
“ABŞ Yaxın Şərqdə özünə lazım olan qaydaları müəyyənləşdirə bilmək üçün terrorizmlə mübarizədən istifadə edir”.

Ordu.az bu barədə Türkiyə KİV-lərinə istinadən məlumat verir.

“Biz daima regionda ABŞ siyasətinə münasibətdən narahat olduğumuz barədə danışırıq. İŞİD yarandı və məhv oldu, lakin hələ də sual işarələri qalıb. Siz artıq İŞİD-in Suriyadan çıxarıldığını bəyan etdiniz. O halda niyə Suriyada hələ də silah dolu yük maşınları yollarda görünür? Onlar hansı ölkəyə qarşı istifadə olunacaq? Biz işin mahiyyətini bilirik. Onların qayğısı nə terrorizmlə, nə demokratiya, nə də dinc əhalinin qayğısı ilə mübarizədir. Terrorizmə qarşı mübarizəni səbəb kimi istfadə edərək ABŞ Yaxın Şərqdə yeni dizayn yaratmaq istəyir”, - deyə Ərdoğan Ankarada Ədalət və Tərəqqi Partiyasına həsr edilmiş parlament fraksiyası qarşısında çıxışında bildirib.

Türkiyə prezidenti əlavə edib ki, Suriyada hazırda terrorçuları başqa terrorçular (PYD- red) əvəz edir.

Ağalar Qəribov
Ordu.az

Teqlər: Ərdoğan   PYD   ABŞ   Suriya  

Xəbər lenti

Ərdoğandan ABŞ-a sərt sözlər: “ABŞ Yaxın Şərqdə yeni dizayn yaratmaq istəyir”

2017/11/1509031401453_1511263805.jpg
Oxunub: 266     15:29     21 Noyabr 2017    