Kartlar dəyişir: Lavrov İrəvana, Sarkisyan Brüsselə can atır - "Maydan" alovu kimi isidəcək?

2017/11/3564564_1511262911.jpg
Oxunub: 788     15:06     21 Noyabr 2017    
Noyabr sonlarına doğru növbəti dəfə Rusiya və Ermənistan arasında münasibətlər gərginləşir. Məlum olduğu kimi, noyabrın 24-də Brüsseldə Ermənistan və Aİ arasında Dərin və hərtərəfli tərəfdaşlıq müqaviləsinin imzalanması nəzərdə tutulur. Bu fakt Rusiyada narazılıqlara səbəb olub.

Belə ki, Rusiya Müdafiə Nazirliyinə məxsus "Zvezda" telekanalının həftəlik təhlil verilişi Ermənistan hakim rejimini ifşa edən qalmaqallı analiz aparıb.

Analitik hesabatın mətni aşağıdakı kimi hazırlanıb:

"Avropa İttifaqına kim daxil olmağa hazırlaşır? Bu barədə nə düşünürsünüz? Cavab çox gözlənilməzdir, bu Ermənistandır. Bəli, bəli Avrasiya İqtisadi Birliyinin, KTMT-nin üzvü, Cənubi Qafqazda bizim əsas strateji tərəfdaşımız olan Ermənistan... Bir neçə gündən sonra, Brüsseldə baş tutacaq əməkdaşlıq zirvə toplantısında Ermənistan Aİ ilə Dərin və hərtərəfli tərəfdaşlıq müqaviləsi imzalayacaq.

Ukrayna kimi Ermənistan da "xarici siyasət və müdafiə sahəsində əməkdaşlığın səmərəliliyini artıracaq" siyasi dialoqa başlamaq istəyir".

Faktiki olaraq, İrəvan faşizmi dəstəkləyənləri qəhrəmanlaşdırır. 2016-cı ilin may ayında İrəvanda Qareqin Njdehin abidəsi qoyuldu. 1942-ci ildə Njdeh 3-cü Reyxə sovet Ermənistanını alman müstəmləkəsinə çevirməsi xahişi ilə müraciət edir. Məhz, Njdeh "SS"in erməni legionunu təşkil edərək, erməniləri "kim Almaniya üçün ölürsə, o, Ermənistan üçün ölür" deyə ətrafında toplayır. Njdehin abidəsi, II Dünya Müharibəsində vuruşan rus xalqı, o cümlədən "Erməni-rus qardaşlığı" ideasına təhqir idi.

Faktiki olaraq, milli mühafizəkar bir ideologiyaya malik olan Njdeh Ermənistan hakim "Respublika" partiyası üçün qəhrəman hesab edilir. Televiziya ekranında partiyanın loqotipi hər kəsə 3-cü Reyxin emblemini xatırlatdı. "Son günlərdə bizə Ermənistanın Respublikaçılar partiyasının rəhbərlərindən biri ilə görüşmək nəsib oldu. Loqotip haqqında sualıma siz inanmasanız da partiya rəhbərlərindən biri bu şəkildə cavab verdi. "Bəli biz eyni qandanıq". Görünür, biz Ermənistanda hakimiyyətdə olan bəzi çevrələr haqqında nə isə bir şey bilmirik. Onlar Ermənistanı Ukrayna yolu ilə aparmaq niyyətindədirlər?", - deyə aparıcı verilişi yekunlaşdırır.

Dünən sözügedən verilişin videosu sosial şəbəkələrdə erməni istifadəçilərin böyük səs-küyünə səbəb oldu. Lakin, günün ikinci yarısında "Zvezda" kanalı verilişi "YouTube" səhifəsindən sildi. Təbii, bu heç nəyi dəyişmir, ona görə ki, veriliş artıq efirə verilib və geri qaytarılması da mümkün deyil.

Dünən daha bir maraqlı hadisə baş verdi. Rəsmi səfərlə ölkəmizdə səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan etdi ki, Rusiya Azərbaycanı Avrasiya İqtisadi Birliyində görməyə şad olardı. Rusiya Müdafiə Nazirliyinə məxsus kanalın və Lavrovun bəyanatının müqayisəsi yeni rus-erməni diplomatik skandalının yaranmasını açıq-aşkar göstərir. Belə ki, Rusiya Ermənistanı Avropa İttifaqı ilə razılaşmanı imzalamaması üçün birbaşa təhdid edir.

Rusiya faktiki olaraq Ermənistana fərli bir ssenarinin mövcud olduğunu müxtəlif kanallarla çatdırır. Ukrayna haqqında xəbərdarlıq və Lavrovun bəyanatı başqa məna daşıya bilməz. Maraqlıdır ki, noyabrın 14-15-də Serj Sarkisyan Moskvada səfərdə olub. O, Rusiya prezidenti Vladimir Putinlə də görüşüb.

Ekspertlərin fikrincə, səfər Bruseldə imzalanacaq sənədlə əlaqədar gerçəkləşdirilib. Ermənistan prezidenti Aİ-Ermənistan razılaşması haqqında Putinin münasibətini başa düşməyə çalışırdı. Putinin Sarkisyana nə dediyini demək çətindir. Lakin, yeni 3 sentyabr baş verməyib, yəni Ermənistan Aİ ilə razılaşma imzalanmasından imtina etdiyi barədə bəyanat verməyib.

Hazırda, Şərq tərəfdaşlığı zirvə toplantısından 3 gün əvvəl Aİ-Ermənistan razılaşmasının imzalanması ətrafında gərginlik artmaqdadır. Yeri gəlmişkən, dünən Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıdan Ermənistana gedib. Təsadüfi deyil ki, Lavrovun çıxışlarının əksəriyyəti AİB çərçivəsində Ermənistan-Rusiya iqtisadi göstəricilərindən ibarət idi.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Ermənistan   Faşizm   Maydan   AİB    

Xəbər lenti

Kartlar dəyişir: Lavrov İrəvana, Sarkisyan Brüsselə can atır - "Maydan" alovu kimi isidəcək?

2017/11/3564564_1511262911.jpg
Oxunub: 789     15:06     21 Noyabr 2017    