Regionda “azadlıqla” rəqs edən dövlətlər: “907-ci düzəliş” nə üçün qəbul edilib? – ANALİZ

2017/11/tramp-enmtaqon34534534_1511256222.png
Oxunub: 750     13:46     21 Noyabr 2017    
Ermənistan dövlətinin və erməni lobbisinin Azərbaycana qarşı müxtəlif dövlətlərdə apardığı informasiya müharibəsinin növbəti acı nəticələrindən biri, ABŞ Konqresinin qəbul etdiyi və Azərbaycanı ABŞ-ın maliyə dəstəyindən məhrum edən “Azadlığa dəstək Aktı”-na edilən “907 saylı düzəliş” olub. Sənədin tam adı “Rusiyada azadlığa, Avrasiyada demokratiyaya və azad ticarətə dəstək Aktı” adlanır. Bu sənəd 1992-ci il oktyabrın 24-də SSRİ-nin süqutundan sonra, ABŞ Konqresi tərəfindən qəbul edilən ilk qanuverici sənəd kimi, keçmiş SSRİ ərazisində yaranan gənc respublikalara yardım etməyə icazə verirdi.

Bu akt aşağıdakı bölmələrdən ibarət idi:

• Yardım təminatının əsas tədbirləri;
• İkitərəfli iqtsadi yardımın göstərilməsi;
• Məşğulluğun və ticarətin inkişafı;
• Qeyri-hökumət təşkilatlarının yaradılması;
• Təşkilati dəstək və onun həyata keçirilməsi;
• Kosmik sahədə əməkdaşlıq;
• Kənd təsərrüfatı sahəsində əməkdaşlıq;
• Yardımın təmin olunmasının digər tədbirləri;
• Beynəlzalq maliyyə insitutları ilə əməkdaşlıq.

ABŞ hökumətinin “Azadlığa dəstək aktı”nın həyata keçirilməsi proqramını aşağıdakı istiqamətlər üzrə qruplara bölmək olar:

• ABŞ hökumətinin MDB ölkələrinə idxal və ixraca, ümumilikdə biznes fəaliyyətinə dəstək göstərməsi;
• ABŞ hökumətinin maliyyə proqramı;
• ABŞ hökumətinin texniki yardım proqramı.

“Azadlığa dəstək aktına” 907-ci düzəliş isə, 1992-ci ilin dekabr ayında ABŞ-ın Massaçusets ştatından olan senator Kerri tərəfindən təklif olunaraq qəbul edilib. Həmin düzəliş, Azərbaycan rəsmi dairələrinə göstərilən yardımları qadağan edir. Bu düzəlişin qəbulu üçün, əsas səbəb Ermənistanın blokada vəziyyətinə salınması və Dağlıq Qarabağda aparılan döyüş əməliyyatları göstərilirdi. Təəssüf ki, Ermənistanın İranla və Gürcüstanla sərhədlərinin açıq olmasına, eləcə də Naxçıvanın Ermənistan tərəfindən blokadada saxlanılmasına diqqət yetirilmədi. Əgər digər sərhədlərdən nəqliyyat vasitələri ilə iqtisadi əlaqə qurula bilirsə, o zaman blokadadan yox, embarqodan söhbət gedə bilərdi.

Burada başqa bir maraqlı bir məqam ortaya çıxır. Bu “Akt” 1992-ci ilin 24 oktyabrında qəbul edilərkən Dağlıq Qarabağda müharibə davam edirdi, iki aydan da az bir müddət sonra, “907-ci düzəliş” qəbul edilərkən də əməliyyatlar aktiv fazada idi. Qarabağ müharibəsi tarixinə nəzər salarsaq görərik ki, Azərbaycan Ordusunun ən sürətli hücumları Goranboy-Ağdərə, Kəlbəcər, Laçın, Qubadlının düşməndən azad edilməsi, strateji Laçın dəhlizinin bağlanması, Ermənistan-Dağlıq Qarabağ əlaqəsinin tamamilə nəzarətə götürülməsi və s. kimi uğurlu əməliyyatların keçirilməsi məhz 1992-ci ilin sentyabr- oktyabr aylarında baş tutub.

Ermənilər o vaxt Rusiyanın yaratdığı MDB-ə daxil olmaq niyyətində olmadıqlarına görə, Moskvanın dəstəyindən yararlana bilmirdilər. Rusiya isə, Ermənistanı “dikbaşlığına” görə Azərbaycanla təkbaşına buraxmışdı. Laçın koridorunun bağlanması üçün keçirilən əməliyyatlarının iştirakçısı kimi deyə bilərəm ki, müharibənin ən geci bir aya tam yekunlaşması gözlənilirdi. Əlacsız qalan Ermənistan həmişə olduğu kimi yenə də Rusiyanın “qanadı” altına sığınaraq MDB-yə qoşulmağa razılıq verdi. Digər ümüdlər isə, ABŞ-da və Fransada fəaliyyət göstərən diaspora təşkilatlarına idi. 1992-ci ildə Azərbaycanın diplomatiya, informasiya və diaspora fəaliyyətinin ən zəif dönəmində “907-ci düzəliş” qəbul edilib. İşğala məruz qalan Azərbaycan öz torpaqlarını azad etməyə başlaya kimi yardımlardan məhrum oldu. O zaman isə, müharibə şəraitində yeni yaranan bir ölkənin kiçik yardımlara belə ehtiyacı var idi. Əfsuslar olsun ki, dünya demokratiyasının “beşiyi” ABŞ bu dəfə də işğalçı Ermənistanı dəstəklədi.

907-ci düzəliş 2001-ci ilədək Azərbaycana qarşı bütün ciddiliyi ilə tətbiq olundu. 2001-ci il sentyabrın 11-də ABŞ-da məşhur ekiz qüllələrin vurulması ilə vəziyyət kökündən dəyişdi.

Sentyabrın 11-də ABŞ-da baş verən terror aktlarından sonra, rəsmi Vaşinqton xüsusi xidmət orqanlarının buraxdığı səhvləri düzəltmək üçün Əfqanistanda və İraqda “Əl Qaidə” terror təşkilatını məhv etmək üçün əməliyyatlara başladı. Əməliyyatların keçirilməsi üçün ABŞ-a həm siyasi, həm də hərbi dəstək lazım idi. Məhz, bu zaman Azərbaycan yenidən yada düşür. Əfqanıstanda aparılacaq hava əməliyyatları üçün Azərbaycanın HHQ-nə məxsus infrastruktur yararlı hesab olunurdu. Nəticədə, ABŞ beynəlxalq terrorizmlə mübarizədə Azərbaycanla hərbi əməkdaşlıqda maraqlı olduğunu rəsmi şəkildə bəyan etdi. 907-ci düzəliş isə, rəsmi hərbi əmakdaşlığın yaradılmasını qadağan edirdi.

ABŞ, öz maraqlarını təmin etmək məqsədilə Azərbaycana “907-ci düzəlişin fəaliyyətini dayandırarıq, bizə hərbi-siyasi dəstək verin”, Emənistana isə “907-ci düzəlişin dayandırılmasına göz yumun, bizə siyasi dəstək verin, biz isə sizə hərbi və maliyyə yardımı edərik” kimi ikibaşlı və gizli danışıqlara start verir. Ermənistan isə, sözügedən yardımların Azərbaycan tərəfindən Ermənistana qarşı istifadə edilməməsi üçün ABŞ-dan zəmanət alır. Danışıqlar başa çatdıqdan sonra, Ermənistan hökümətinə müxtəlif illərdə ümumən 236 milyon dollar vəsaitin yardım olaraq ayrılması gizli danışıqların baş tutduğuna sübutdur.

Məlumatlara görə, ABŞ tərəfindən Azərbaycana ayrılan kiçik həcmli yardımlar əsasən Əfqanıstana uçan savaş təyyarələrinin yerləşdiyi hərbi aerodromların təmirinə və NATO standartlarına uyğun vəziyyətə gətirilməsinə, pilotların normal ev-məişət şəraitinin yaradılmasına istiqamətlənib. Buna sübut olarq, Kürdəmir hərbi bazasını göstərmək olar. Göründüyü kimi, ABŞ öz pilotlarının təhlükəsizliyinə və məişət şəraitinə xərclədiyi vəsaitləri Azərbaycana hərbi yardım kimi təqdim edib.

Almaniyada fəaliyyət göstərən “Bonn International Center for Conversion” (BICC) məlumatlarına əsasən, “Global Militarisation Index” təşkilatı öz məruzəsində Ermənistanı Avropada ən çox hərbləşdirilən ölkə adlandırıb. İkinci yerdə Rusiya, üçüncü yerdə Şimali Koreya qərarlaşıb. Məruzə hazırlanarkən hərbidə xidmət edənlərin 1000 nəfər mülki əhaliyə olan nisbəti, ÜDM-in və ümümi büdcənin hərbi xərclərə olan nisbəti, səhiyyəyə ayrılan vəsaitin hərbi xərclərə olan nisbəti, həmçinin şəxsi heyətin və ağır silahların sayı nəzərə alınır. 2007-ci ildən bu günə qədər Ermənistan silahlanma xərclərinə görə, 8-ci yerdən 3-cu yerə qədər yüksəlib. Bu Ermənistan ordusunun hamıdan güclü silahlara malik olması demək deyil. Sadəcə onsuz da kiçik olan büdcədən silahlanmaya ayrılan vəsaitlərin faiz nisbətini göstərir.

Ermənistan mütamadi olaraq hərbi büdcəsini artırır. 2001-ci ildə 65 mln, 2002-ci ildə 83 mln, 2004-cü ildə 60 mln, 2005-ci ildə 100 mln, 2006-cı ildə 150 mln, 2007-ci ildə-263 mln, 2008-ci ildə 382 mln, 2009-cu ildə 495 mln, 2010-cu ildə 403 mln, 2011-ci ildə 387 mln, 2012-ci ildə 400 mln, 2013-cü ildə 450 mln, 2014-cü ildə 472 mln, 2015-ci ildə 450 mln, 2016-cı ildə 420 mln, 2017-ci ildə 440 mln dollar müdafiə xərclərinə pul ayıran İrəvan, 2018-ci ildə isə bu xərcləri yenidən 17,8 % artırmaqla 518 mln dollara çatdırdı. Qeyd etmək lazımdır ki, Ermənistan silahları adətən hamıdan daha ücüz qiymətə alır. SSRİ tənəzzül edərkən 15 may 1992-ci il tarixli Daşkənd müqaviləsinin şərtlərinə görə, Ermənistan 7-ci Ordunun tərkibində olan 16 və 17-ci motoatıçı diviziyaları tam silah və texniksı ilə 250 ədəd tank, 220 ədəd zirehli maşın, 285 ədəd artilleriya sistemi, 100 ədəd döyüş təyyarəsi və 50 ədəd hücum helikopterini əvəzsiz olaraq əldə etdi. Daha sonra Rusiya 1997-ci ildə isə Ermənistanın hərbi büdcəsinin toplam həcminin 4 dəfə artıq məbləğdə, yəni 1 milyard dollarlıq silah sistemlərini hərbi yardım olaraq cənub forpostuna verdi. Bunlara 8 ədəd R-17 OTRK, 27 ədəd “Kruq” ZRK, 84 ədəd T-72 tankı, 50 ədəd PDM-2, 36 ədəd D-30 haubitsası, 18 ədəd “Qrad” YARS və s. aiddir.

İşğal altında olan Qarabağda hazırda Ermənistana məxsus 316 ədəd tank, 324 ədəd zirehli maşın, 322 ədəd artilleriya qurğusunun (onlardan 44 ədədi 122 mm-lik “Qrad” YARS-dır) yerləşdirdiyini nəzərə alarsaq, bu ölkənin region üçün əsl “barıt çəlləyi” olduğunu görərik. Bütün bunlarla yanaşı, Ermənistanda yerləşən Metsamor AES nəinki Azərbaycan, bütün region ölkələri üçün təhlükə mənbəyi olaraq qalır.

ABŞ və Rusiya kimi nəhəng dövlətlərlə yanaşı, Ermənistana Fransa, Çin, Almaniya, İsveçrə və s. tərəfindən də rəsmi dövlət yardımları ayrılır. Yeri gəlmişkən, “Birləşmiş erməni fondu” 26 il ərzində ABŞ-dan gələn maliyyə hesabına Ermənistan və Dağlıq Qarabağa 720 milyon dollar məbləğində humanitar yardım göndərilməsini qeyd edib. İndi isə, ABŞ konqressmenlərinə bir sualım var: Təpədən dırnağa qədər silahlanan, həm Rusiya, həm Çin, həm də Avropa ilə “cox isti” münasibət qurmağı bacaran, bir milyondan çox Azərbaycan vətəndaşını 25 ildən artıq müddətdə qaçqın və köçkün vəziyyətində yaşamağa məcbur edən, 21-ci əsrdə Xocalı soyqırımını törədən və Avropanın xəritəsini dəyişməyə qeyri-rəsmi olaraq nail olan, BMT-nin qətnamələrini yerinə yetirməyən, 4 həmsərhəd qonşu dövlətdən 3-nə qarşı torpaq iddiasında olan, eyni zamanda “bir əlində 5 qarpız tutmağa çalışan rəsmi Ermənistana 236 milyon hərbi yardım ayıraraq, Azərbaycana qarşı isə 907-ci düzəlişi qüvvədə saxlamaqla nə demək istəyirsiniz? Məgər, demokratiya, azadlıq və ədalət prinsipləri işğalçı dövlətlərə yardım üzərində qurulub?!

Ermənistan büdcəsinin gəlirləri cəmi 2,7 milyard dollar təşkil edir. Hərbi xərclərdən başqa digər - sosial təminat, səhiyyə və təhsil xərclərinin artmadığını, 6000 nəfər dövlət qulluqçusunun da yanvarın 1-dən ixtisara düşəcəyini, maaş və pensiyaların artmayacağını, hərbi büdcənin isə əksinə 517 milyon dollara qədər artırılacağını nəzərə alarsaq, Ermənistanın regionda əsl mahiyyətinin nədən ibarət olduğunu aşkar edərik. Büdcəsinin təxminən 21%-ni silahlanmaya xərcləyən dövlətə əlavə hərbi yardım ayıranlar bir daha dərindən düşünməlidir.

Xatırladım ki, 907-ci düzəliş tətbiq olunan ölkələr arasında Azərbaycanla yanaşı Ermənistan, Gürcüstan, Ukrayna və Qırğızıstan da var idi. Azərbaycandan başqa adı çəkilən dövlətlərin hamısına qarşı 907-ci düzəliş Konqres tərəfindən aradan qaldırılıb. ABŞ 2001-ci ildən, yəni Azərbaycanda hərbi aviasiya bazasına ehtiyacı olan vaxtdan bəri, hər il prezidentə Konqres tərəfindən verilən səlahiyyətə dayanaraq düzəlişin tətbiqini hər dəfə bir il müddətinə təxirə salınmasından yararlana bilir. Əslində ABŞ-ın 2001-ci ildən Qafqazda ən yaxın tərəfdaşına qarşı münasibəti tam anlaşılan deyil.

907-ci düzəlişin ləğv olunmaması, bunun ABŞ-Azərbaycan münasibətlərinə vurduğu ziyan barəsində ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbraytın “bu düzəliş münasibətlərimizə və milli maraqlarımıza ziyan vurur”, senator Tomas de Vaalın “Bu düzəliş xarici siyasətimizin ən anormal hissəsidir”, məşhur İsveç alimi Svante Kornellisin daha sərt tonda “ABŞ işğala məruz qalanı cəzalandırır, işğalçını isə mükafatlandırır” və s. kimi ifadələri də keçmiş senator, erməni diasporasının lideri Robert Doulun lobbiçilik fəaliyyətinə ciddi təsir edə bilmədi.

Hazırda, düzəliş formal olaraq qüvvədədir. ABŞ birbaşa Azərbaycana silah və hərbi texnologiya satmaqdan imtina edir. Azərbaycanın maraqlarına cavab verməyən 907-ci düzəlişin qəbul edilməsinin əsas səbəbləri kimi, həmin dövrdə ABŞ-da Azərbaycan səfirliyinin və digər diplomatik kanalların olmaması, erməni diasporasının təşkilatçılığı və lobbiçilik fəaliyyətinin yüksək səviyyədə olması, bu diasporanın parlament və prezident seçkilərində əhəmiyyət kəsb etməsi, ABŞ Konqresində Azərbaycan və onun tarixi ərazisi Qarabağ haqqında aydın təsəvvürlərin olmaması, informasiya boşluğunun düşmən tərəfindən doldurulmasını göstərmək olar.

Bütün bu yazılanlardan belə bir nəticəyə gəlmək olar ki, Ermənistanın ABŞ tərəfindən Rusiyadan “qoparılma” prosesi gedir. Çünki, ABŞ Rusiyaya yaxınlığı ilə seçilən və rəsmən strateji tərəfdaşı olan heç bir ölkəyə bu qədər yardım etməyib. Rəsmi Vaşinqtonu təbii qaynaqları yox səviyyəsində, nəqliyyat dəhlizləri və dənizə çıxışı olmayan, coğrafi ərazisinin ciddi əhəmiyyəti olmayan, Rusiya ilə MDB və Avrasiya Gömrük İttifaqında, İran, Çin, Avropa və ABŞ ilə müxtəlif mülki və hərbi təlim sahələrində eyni vaxtda əməkdaşlıq edən Qafqazın ən kiçik və azsaylı dövləti olan Ermənistanda ən çoxsaylı diplomat korpusunu saxlamağa hansı məqsədlər vadar edir? Sualın tək cavabı var - Ermənistanı Rusiyadan qoparmaq.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər: 907   ABŞ   Azərbaycan   Erməni-lobbisi  

Xəbər lenti

Regionda “azadlıqla” rəqs edən dövlətlər: “907-ci düzəliş” nə üçün qəbul edilib? – ANALİZ

2017/11/tramp-enmtaqon34534534_1511256222.png
Oxunub: 751     13:46     21 Noyabr 2017    