Bəkir Bozdağ: “NATO təlimlərdə baş verənləri ört-basdır etməməlidir”

2017/11/34345345_1511255199.jpg
Oxunub: 287     13:32     21 Noyabr 2017    
“Hadisəyə aidiyyəti olan iki nəfərin işdən çıxarılması bu qalmaqalın bütün aspektlərinə aydınlıq gətirilməsi və təhqiqatın sonlanması demək deyil”.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə baş nazirinin müavini və Türkiyə hökumətinin mətbuat katibi Bəkir Bozdağ bildirib.

Baş nazirin müavini qeyd edib ki, NATO bu hadisəni ört-basdır etməyə çalışmamalıdır.

Bozdağ Norveç təlimlərində baş verən hadisəni NATO tarixinin ən böyük qalmaqallarından biri adlandırıb.

“Bu, yolverilməz haldır və icazə verilən bütün sərhədlərdən kənara çıxmadır”, - deyə Bozdağ vurğulayıb.

Suriya məsələsinin siyasi yolla tənzimlənməsini şərh edən mətbuat katibi qeyd edib ki, heç kəsin Ankaradan terror təşkilatının danışıqlarda iştirakına razılıq vercəyini gözləməyə ixtiyarı yoxdur.

“Türkiyənin bu məsələ ilə bağlı mövqeyi aydın və qətidir”, - deyə baş nazirin müavini qeyd edib.

Ordu.az

Teqlər: NATO   Rusiya  

Xəbər lenti

Bəkir Bozdağ: “NATO təlimlərdə baş verənləri ört-basdır etməməlidir”

2017/11/34345345_1511255199.jpg
Oxunub: 288     13:32     21 Noyabr 2017    