Klintseviç: “Rusiya ilin sonunadək Suriyada İŞİD-lə mübarizəni yekunlaşdıracaq”

2017/11/full-1511246363765eddea4d0d9313f80ab6a8cbb7c34734534_1511248027.jpeg
Oxunub: 268     11:06     21 Noyabr 2017    
“Rusiya cari ilin sonunadək Suriyada İŞİD-lə mübarizəni yekunlaşdıra bilər”.

Ordu.az politexpert.net saytına istinadən xəbər verir ki, Rusiya Federasiya Şurasının müdafiə və təhlükəsizlik komitəsinin sədr müavini Frans Klintseviç bildirib.

Senator qeyd edib ki, Moskva 2017-ci il bitənədək Suriyada hərbi əməliyyatları tamamlamağı planlaşdırır. Onun sözlərinə görə, yaxın zamanlarda Rusiya Aerokosmik Qüvvələrinin Suriyada geri çağırılması ilə bağlı qərar verilə bilər.

Qeyd edək ki, Klintseviç bu bəyanatı Soçi görüşü çərçivəsində keçirilən Rusiya prezidenti Vladimir Putinin suriyalı həmkarı Bəşər Əsədlə danışıqlarının yekunu əsasında edib. Rusiya prezidenti bəyan edib ki, tezliklə Suriyada terrorizm üzərində qələbə qazanılacaq.

Ağalar Qəribov
Ordu.az

Teqlər: Suriya-böhranı   Rusiya   İŞİD  

Xəbər lenti

Klintseviç: “Rusiya ilin sonunadək Suriyada İŞİD-lə mübarizəni yekunlaşdıracaq”

2017/11/full-1511246363765eddea4d0d9313f80ab6a8cbb7c34734534_1511248027.jpeg
Oxunub: 269     11:06     21 Noyabr 2017    