ATƏT-in baş katibi: “Ukrayna məsələsində siyasi dalan vəziyyəti ilə rastlaşmışıq”

2017/11/755112095845998_1511245788.jpg
Oxunub: 368     10:28     21 Noyabr 2017    
ATƏT-in baş katibi Tomas Qreminger Ukrayna üzrə Minsk razılaşmalarında çıxılmaz vəziyyətdə olduqlarını etiraf edib.

Ordu.az xəbər verir ki, bu barədə Qreminger RBK saytına müsahibəsində bildirib.

Qremingerin fikrincə, BMT sülhməramlılarının Ukraynaya göndərilməsi vəziyyətin müsbət yöndə dəyişməsinə səbəb ola bilər.

“Ukraynaya dair Minsk razılaşmalarının realizəsi siyasi dalan vəziyyətindədir”, - deyə baş katib Donbasa BMT sülhməramlılarının göndərilməsi təşəbbüsü barədə suala cavabında bildirib.

Qreminger bildirib ki, hadisəni siyasi dalan vəziyyətində çıxarmağa və həmin ərazilərdə təhlükəsizliyi təmin etməyə qadir istənilən təşəbbüs yalnız müsbət qarşılana bilər.

Sentyabrda Rusiya prezidenti Vladimir Putin Xarici İşlər Nazirliyinə BMT Təhlükəsizlik Şurası üçün Ukraynada sülhməramlı missiya barədə qətnamə layihəsi hazırlamağı tapşırıb. Daha sonra Rusiya liderinin bəyanatlarından aydın olub ki, Rusiya ATƏT-in xüsusi monitorinq missiyası əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsi üçün Donbasa sülhməramlıların göndərilməsinin mühüm olduğunu hesab edir. Rusiya rəsmilərinin fikrincə, BMT-nin sülhməramlıları təmas xəttində yerləşməlidirlər.

Kiyev isə, təmas xəttində sülməramlıların yerləşdirilməsinə qarşı çıxış edir. Prezident Petr Poroşenko sülhməramlıların Ukrayna və Rusiya sərhəddində yerləşdirilməli olduqlarını bəyan edib.

“Hazırda BMT-nin sülhməramlı missiyasına dair müxtəlif təkliflər var: Rusiya tərəfindən rəsmi şəkildə təqdim olunan təşəbbüs var, həmçinin Ukrayna tərəfinin də bu məsələyə dair təklifi mövcuddur. Lakin bu iki təklif arasında böyük bir uçurum var. Bu fərqi aaradan qaldırmaq üçün zamana ehtiyac var. Və yalnız əgər təkliflər arasında fərq azalsa, belə əməliyyatın mandatı barədə BMT Təhlükəsizlik Şurasında danışıqlara başlamaq olar. Lakin indi biz bundan çox uzağıq”, - deyə Qreminger vurğulayıb.

ATƏT-in baş katibinin fikrincə, BMT missiyasının hədəfləri Minsk razılaşmalarının realizəsini təmin etməkdən ibarət olmalıdır.
“BMT missiyası bu məqsədin realizə olunması üçün güc sərf etməlidir”, - deyə o bildirib.

Rusiya xarici işlər naziri Sergey Lavrov noyabrın 15-də məlumat verib ki, Rusiyanın Donbasda sülhməramlılara dair qətnaməsini ABŞ qəbul etməyib.

Qremingerin sözlərinə görə, Ukrayna böhranı və onun ətrafındakı vəziyyət ATƏT-in işinə təsir edib: “Ukrayna böhranı, həmçinin Krım məsələsi ATƏT-in işini qəlizləşdirdi və bir çox məsələlər ətrafında inkişaf prespektivlərinə zərər vurdu. Bu, regionda ATƏT oyunçuları arasında etibarın azalmasına səbəb oldu”.

Qeyd edək ki, Qreminger ATƏT-in baş katibi vəzifəsinə 2017-ci il iyulun 18-də seçilib. O, bu vəzifədə Lamberto Zanyeri əvəz edib.

Ağalar Qəribov
Ordu.az

Teqlər: ATƏT   Donbas   Sülhməramlılar  

Xəbər lenti

ATƏT-in baş katibi: “Ukrayna məsələsində siyasi dalan vəziyyəti ilə rastlaşmışıq”

2017/11/755112095845998_1511245788.jpg
Oxunub: 369     10:28     21 Noyabr 2017    