Putin və Əsəd dünyaya səsləndi: “Suriya Rusiya sayəsində dövlət kimi xilas oldu” - YENİLƏNİB

2017/11/1478828589_1511243512.jpg
Oxunub: 481     10:35     21 Noyabr 2017    
Rusiya prezidenti Vladimir Putin Soçidə suriyalı həmkarı Bəşər Əsədlə görüşüb.

Ordu.az xəbər verir ki, bu barədə Kremlin rəsmi saytı məlumat yayıb.

Rusiya lideri Əsədi terrorizmlə uğurlu şəkildə mübarizə apardığına görə təbrik edib. Onun sözlərinə görə, Suriya xalqı çox çətin sınaqlardan keçib, lakin terrorçuların məhvinə artıq az qalıb.

“Dünyada terrorizmlə problem yetərincədir. Həm Yaxın Şərqdə, həm də Suriyada. Lakin, əsas vəzifə artıq yerinə yetirilmək üzrədir və demək olar ki, ən yaxın zamanda biz onu həll edəcəyik”, - deyə Putin bildirib.

O, indi əsas məsələnin siyasi tənzimləməyə keçid etmək olduğunu bildirərək əlavə edib ki, Əsəd sülh və tənzimlənməni arzulayan hər kəslə işləməyə hazırdır.

Suriya prezidenti bəyan edib ki, iki il ərzində Rusiya Aerokosmik Qüvvələrinin köməyi və hökumət qüvvələrinin səyləri nəticəsində əldə edilən uğurlar aşkardır. O bildirib ki, Rusiya sayəsində Suriya dövlət kimi xilas oldu.

“Bu müddət ərzində həm döyüş meydanında, həm də siyasi planda böyük uğurlar əldə olunub. Suriyanın bir çox rayonları terrorçulardan azad edilib və daha öncə bu əraziləri tərk etməyə məcbur qalmış suriyalılar indi öz rayonlarına qayıda biliblər”, - deyə Suriya prezidentdi qeyd edib.

Həmçinin Suriya prezidenti bəyan edib ki, Dəməşq siyasi prosesə xarici oyunçuların müdaxiləsinin qarşısının alınmasında Moskvanın dəstəyinə güvənir.

Putin, Rusiya tənzimlənmənin yekun mərhələsində BMT-nin aktiv iştirakına ümid etdiyini bildirib. O, bildirib ki, deeskalyasiya zonalarının yaradılması pratiki olaraq ilk dəfə müxlifətlə həqiqi dialoq yaratmağa imkan verib.

*****

Rusiyanın dövlət başçısı Vladimir Putin Suriya rəhbəri Bəşər Əsədlə görüşüb.

Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, görüş Soçidə baş tutub. Görüşün detalları açıqlanacaq.

Ağalar Qəribov
Ordu.az

Teqlər: Suriya-böhranı   Rusiya  

Xəbər lenti

Putin və Əsəd dünyaya səsləndi: “Suriya Rusiya sayəsində dövlət kimi xilas oldu” - YENİLƏNİB

2017/11/1478828589_1511243512.jpg
Oxunub: 482     10:35     21 Noyabr 2017    