Fransa Misirə “Rafale” təyyarələrinə dair yeni təklif edəcək

2017/11/Dassault-Rafale-(Fransa)_1511187038.jpg
Oxunub: 280     18:19     20 Noyabr 2017    
Fransa 12 ədəd “Dassault Rafale” qırıcıları ilə təchiz etməyə dair Misirə danışıqlar aparmağı təklif edəcək.

Ordu.az topwar.ru saytına istinadən xəbər verir ki, bu barədə “La Tribune” agentliyi məlumat yayıb.

Qeyd edək ki, daha öncə danışıqlar Fransa Maliyyə Nazirliyi tərəfindən dayandırılıb.

“Misir prezidenti əl-Sisinin oktyabrda Fransaya baş tutan səfəri zamanı Emmanuel Makron öz qonağına Misirlə Fransa arasında strateji əməkdaşlıq çərçivəsində 2015-ci ildən realizə olunan siyasi xəttə sadiq qalacağını bildirib. Misirlinin Paris səfərinin məqsədi də məhz bu idi. İki il ərzində Misir Fransanın dəstəyi ilə öz Silahlı Qüvvələrinin modernləşdirilməsinə başlayıb. Fransa ilk növbədə HHM üçün 24 ədəd “Rafale” qırıcısı, hərbi əlaqə peyki və HDQ üçün 4 ədəd “Gowind” korveti, FREMM qreqatı və iki universal desant gəmisi ilə Misiri təchiz edəcək. 2014-2016-cı illərdə imzalanan müqavilələrin ümumi qiyməti 6,63 milyard avro təşkil edir”, - deyə fransız nəşri yazır.

Nəticədə Makronun prezident administrasiyası Fransa Maliyyə Nazirliyinə “Rafale” qırıcılarının satışına qadağa qoymaması ilə bağlı müraciət edib.
Məlumata görə, Maliyyə Nazirliyi hələ təklifi müzakirə edir.

Ağalar Qəribov
Ordu.az

Teqlər: Fransa   Misir  

Xəbər lenti

Fransa Misirə “Rafale” təyyarələrinə dair yeni təklif edəcək

2017/11/Dassault-Rafale-(Fransa)_1511187038.jpg
Oxunub: 281     18:19     20 Noyabr 2017    