Minsk Bakıya hansı texnologiyaları təklif etməyə hazırdır? – ANALİZ

2017/11/1441663178_армия_big_1511166987_4533544779.jpg
Oxunub: 529     16:36     20 Noyabr 2017    
Belarus və Azərbaycanın hərbi və hərbi-texniki əməkdaşlıq sahələrində ikitərəfli əlaqələri çoxdan qaydaya salınıb və Azərbaycan müdafiə nazirinin bu yaxınlarda (oktyabr ayıın 8-dən 10-dək Azərbaycan Respublikası müdafiə naziri, general polkovnik Zakir Həsənov Belarus Respublikası müdafiə naziri, general leytenant Andrey Ravkovun dəvəti üzrə Belarusa rəsmi səfər edib) Belarusa etdiyi səfərin məqsədlərindən biri 2018-ci il üçün hərbi və hərbi-texniki planda əməkdaşlığa dair müqavilənin imzalanması idi.

Rəsmi reytinqdə Azərbaycan Belarus Respublikasının əsas silah alıcılarından biri hesab olunur. Məlumat üçün qeyd edək ki, 2005-ci ildə Belarus Azərbaycana 19 ədəd T-72 tankı, 2006-cı ildə 41 ədəd T-72M1 satıb. Artıq 2009-cu ildə Belarus Azərbaycana 5 ədəd Su-25 hücumçu təyyarəsi və 9 ədəd özüyeriyən 2S7 “Pion” qaubisası satıb. 2010-cu ildə isə? Azərbaycan Belarusdan 30 ədəd D-30 qaubisası alıb. Rəsmi məlumatlara görə, bu günədək Azərbaycan Belarusdan “Buk” zenit raket komplekslərinin modernləşdirilməsi və digər hərbi-texnoloji məhsullar daxil olmaqla hərbi texnika almağa 300 milyon dollardan çox vəsait xərcləyib.

Həmçinin Belarus Respublikası prezidentinin bu bəyanatı diqqəti cəlb edir: “Heç kim qarşısında bizim əməkdaşlığımızın hansı xarakter daşıması barədə özümə haqq qazandırmaq istəmirəm. Yalnız bir şey demək istəyirəm, bizim münasibətlərimiz heç bir halda heç bir beynəlxalq müqaviləni, Təhlükəsizlik Şurasının və ümumilikdə BMT-nin heç bir qətnaməsini pozmayacaq”.

Və bundan sonra əsas nəqarət səsləndi: “Təbii ki, Azərbaycanın da özünü Belarus kimi – sakit, etibarlı hiss etməsi üçün müdafiəsini möhkəmləndirməsi lazımdır”, - deyə Aleksandr Lukaşenko bəyan edib.

Cari vəziyyətdə əməkdaşlığın inkişafının növbəti mərhələsi Belarusdan əldə olunan silahların zəruri modernləşdirilməsi ilə bağlıdır. Və Belarus hərbi-sənaye kompleksi bunun üçün lazım olan bütün texnoloji parametrlərə sahibdir: optoelektron sistemlər, müxtəlif növ qoşunların idarəetmə sistemləri, informasiya sistemləri və modernləşdirmək bacarığı (bu gün silahlanma bazarında əsas münasibət “effektivlik-qiymət”dir) bizdə ən optimallardan biridir.

Həmçinin Azərbaycanın “Qərb-2017” təlimlərinin nəticələrinə və ya hərbi dilə daha yaxın desək, qoşunların hərbi hazırlığının aksentuasiyası və ya operativ-taktiki istiqamətləndirməyə marağı var. Bu istiqamətlənmə isə müasir şərtlər və dünya ərazisində silahlı münaqişələrin yaranması və inkişafı faktorları ilə diktə olunur.

Azərbaycan Müdafiə Nazirliyini komanda heyətinin bizdə fərqlənən mühəndis hazırlığı üzrə hərbi təhsil maraqlandırır. Praktik olaraq Belarus Respublikası hərbi akademiyasının məzunlarının 90 faizi mülki təhsil üzrə mühəndislərdir.

Gəlin ölkələrimizin müdafiə-iqtisadi siyasətində bəzi mövqelərə nəzər salaq.

ABŞ dolları ilə hərbi xərclər: Azərbaycan – 3,7 milyard dollar, Belarus – 686,4 milyon dollar. Azərbaycan Silahlı Qüvvələrinin tərkibi – 66 940 min nəfər, Belarus Respublikasının Silahlı Qüvvələrinin tərkibi 62 000 (real olaraq 50 min). Və bu, praktik olaraq eyni olan əhali sayına malik olduğumuz halda belədir. Təccübləndirir, elə deyilmi? Statistikaya görə, Belarus 2004-2011-ci illər ərzində 550 milyon dollardan çox xaricə silah ixrac edib. Belarus hərbi texnikasının əsas istehlakçıları Azərbaycan, Yəmən (125 milyon dollar), Qazaxıstan (76 milyon dollar), BƏƏ (30 milyon dollar), Suriya (66 milyon dollar), Sudan (38,1 milyon dollar), Uqanda (10 milyon dollar), Eritreya (26 milyon dollar) və s.-dir. Belarus silahları həmçinin Ermənistan, Cibuti, Kot-d`İvuar, Kuba, Nigeriya, Polşa, Slovakiya və Türkmənistan tərəfindən də alınır, lakin onların həcmi 4 milyon dolları keçməyib. Ancaq bu rəqəmlər 2012-ci ilə aiddir. Bu gün Belarus Respublikasının hərbi texnika ixracından gəliri ildə 1 milyar dollara qədərdir.

Bizim bütün sahələr üzrə sıx əməkdaşlığımız var. Həmçinin hərbi və hərbi-texniki sahələrdə də artıq yaxşı layihələrimiz var. Bütün bunlar beynəlxalq hüquqa zidd deyil. Bütün məsuliyyəti ilə bəyan etmək olar ki, Azərbaycan Silahlı Qüvvələrinin Belarus Respublikasından əldə etdiyi avadanlıq və hərbi texnika yüksək keyfiyyətə malikdir və Belarus Silahlı Qüvvələrinin özündə uğurla tətbiq olunur. Və bu, bizə hərbi-texniki əməkdaşlığı davam və inkişaf etdirmək imkanı yaradır.

Belarus Respublikası ilə Azərbaycan arasında mövcud olan sıx hərbi-texniki əlaqələri nəzərə alaraq hərbi texnikaların modernləşdirilməsi və Azərbaycan Silahlı Qüvvələrinin silahlanması məsələləri üzrə sərfəli uzunmüddətli kompleksin yaradılmasından bəhs etmək olar. Həmçinin Azərbaycan Silahlı Qüvvələri Belarusdan daha öncə əldə olunan silahlardan heç nə ilə geri qalmayan yeni nümunələri əldə edə bilərlər: buraya həm pilotsuz uçuş aparatları, həm radioelektron mübarizə vasitələri, həm qoşunların avtomatik idarəetməsi sistemi və s. aiddir. Bütün bunlar Azərbaycan Müdafiə Nazirliyinə öz vahid hərbi-texnologiyalarını və Milli ordunun təlim-döyüş fəaliyətinin texniki təminat sistemini yaratmaq imkanı verəcək.

Belarus əsasən Sovet dövrünün elmi və istehsal potensialını saxlamaq və hətta onu gücləndirməyə nail olub. Əsasən radioelektronika, optika və optoelektronika üzərində ixtisaslaşaraq Belarus hərbi-sənaye kompleksi həm də yüksək dəqiqliyə malik raket silahları, PUA-lar, zirehli maşınlar kimi prioritet istiqamətləri mənimsəyir.

Müasir Belarus hərbi-sənaye kompleksinə hərbi radioelektronika, optika və optoelektronika, hərbi informasiya sistemləri üçün proqram kompleksləri və silah idaretməsi sistemlərinin istehsalı üzrəində ixtisaslaşamağa davam edir. Bu, qoşunların və silahların avtomatlaşdırılmış idaretmə sistemləri, mobil qurğular və stasionar avtomatlaşdırılmış idaretmə qurğuları üçün naqilli, optik lifli və naqilsiz radioəlaqə, aerokosmik optoelektron aparatlar və yürüstü elektron xəritələrin rəqəmsal şəkildə əldə olunması üçün fotoqrammetrik komplekslər, yüksək dəqiqliyə malik silahların naviqasiya təminatı, zirehli tank texnikasının atəşinin idaretmə sistemləri, atıcı silahlar üçün müasir optik-elektron nişangahlar, tank və BMP-lər üçün infraqırmızı lazer projektorları, radar idarəetməsini təmin edən tətbiqi proqram kompleksləri, raket əleyhinə lazer-optik və informasiya sistemləri, raket zərbəsi barədə xəbərdarlıq edən stansiyalar, kosmik fəzaya nəzarət sistemləri və s. aiddir.

Hərbi-siyasi analitik Aleksandr Tixanskiy (Minsk), xüsusi olaraq Ordu.az üçün
Tərcümə etdi: Ağalar Qəribov

Teqlər: Minsk   Müdafiə-sənayesi  

Xəbər lenti

Minsk Bakıya hansı texnologiyaları təklif etməyə hazırdır? – ANALİZ

2017/11/1441663178_армия_big_1511166987_4533544779.jpg
Oxunub: 530     16:36     20 Noyabr 2017    