Yevgeni Maqda: “Ukraynada Azərbaycana maraqlı olan silahlar mövcuddur”

2017/11/23423423423_1511005839.jpg
Oxunub: 400     15:44     18 Noyabr 2017    
Ukraynalı siyasi ekspert Yevgeni Maqda Donbas münaqişəsi ətrafında Ukrayna-Qərb əməkdaşlığı, o cümlədən Azərbaycan-Ukrayna hərbi əməkdaşlığı barədə Ordu.az-ın sullarını cavablandırıb.

- ABŞ Konqresinin Senatı noyabrın 16-da Pentaqonun siyasəti və 2018-ci il üçün maliyyələşdirilmə ilə bağlı qanun layihəsini təsdiqləyib. Bu sənəddə Ukraynaya hərbi yardım göstərilməsi nəzərdə tutulub. Xatırladım ki, Amerika Birləşmiş Ştatları tərəfindən bu cür hərbi yardım barədə danışıqlar uzun müddətdir ki, davam edir. Donbasda daha aktiv hərbi əməliyyatlar zamanı bu yardımın göstərməməsinə nə mane oldu? Yardımın verilməsi Ukraynanın şərqində qarşıdurmanın gedişatıni dəyişə biləcəkmi?

- Senatın qərarı vacibdir, amma bu qəti qərar deyil. Ukrayna üçün silahların tədarükü məsələsində, əlbəttə ki, son söz Donald Trumpın sözü olacaq. ABŞ belə bir qərar qəbul etməyə tələsmir. Bu qərarın qəbulu ilə, onlar Rusiyanı asılı vəziyyətdə saxlamağa qərar veriblər. Rusiya ilə münasibətlərdə ABŞ bunu bir kozır hesab edir. Hər halda, Ukraynanın ABŞ-dan hücum silahları alacağına ümid etmək olmaz. Bu, tamamilə aydındır. 2014-2015-ci illər hadisələrinə gəldikdə isə, Barak Obama rəhbərliyi Ukraynanı hücum silahlarlı ilə təmin etmədi, lakin hərbi-texniki yardım proqramını işə saldı. Ukraynanın Silahlı Qüvvələri yol nəqliyyat vasitələri, radioradarlar, mobil qospitallar ilə təmin olundu.

Qanun lahiyyəsinə əsasən, ABŞ tərəfindən rəsmi Kiyevə müdafiə silahları, hərbi avadanlıqlar və hərbi təlimlər üçün 350 milyon dollar sərf etməyə icazə verilir. Bu vəziyyət Ukraynanın müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırılması üçün kifayət edəcəkmi? Şübhəsiz ki, bu yardım lazımsız olmayacaq, amma gəlin yadımızdan çıxarmayaq ki, hazırkı vəziyyət Ukraynanı müdafiə və təhlükəsizlik xərclərini ardıcıl artırılmasını tələb edir. Burada müvafiq qərarın qəbul edilməsi faktı vacibdir. Bir sıra analitiklər Donald Trampın prezident seçıldikdən sonra, Vaşinqtonun Kiyevdən üz döndərəcəyini iddia edirdilər. Gördüyünüz kimi, bu baş vermədi.

- Son 2-3 il ərzində Ukrayna ordusu nə dərəcədə gücləndi?

- Bu məsələdə reytinq göstəriciləri çox şərtidir. Həm Ukrayna ordusu, həm xalqın, həm də hakimiyyətin orduya münasibəti daha da yaxşılaşdı. Xatırladaq ki, son on il ərzində Silahlı Qüvvələr Ukraynalı vətəndaşlarının daim, yüksək etimadını qazanıblar və bu gün də onlar bu etimadı tam doğruldur.

- Ukraynada Azərbaycana alınması maraqlı ola biləcək silahlar varmı?

- Düşünürəm ki, bəli. Ukrayna dünyada silah ixrac edən ölkələr sıralamasında ilk onluğa daxil olanlardan biridir. Lakin, anlamaq lazımdır ki, silah almaq, siyasi bir qərardır. Azərbaycan milyardlarla dollarlıq silahı Rusiyadan alır. Bununla belə, Ukrayna ilə Azərbaycan arasında bu sahədə əməkdaşlıq mümkündür.

- Ukrayna ilə Rusiya arasında böyük müharibə riski varmı?

- Bu tipli proqnozları çox sevmirəm. Dünyanın ən böyük dövlətinin və ən böyük Avropa ölkələrindən birinin toqquşması, sadə bir hava qarşıdurması olmayacaq. Bunu Rusiyada anlıyırlarmı? Əminəm ki, bəli.

Əkbər Həsənov
Ordu.az

Teqlər: Donbas   Qarabağ   Hərbi-yardım  

Xəbər lenti

Yevgeni Maqda: “Ukraynada Azərbaycana maraqlı olan silahlar mövcuddur”

2017/11/23423423423_1511005839.jpg
Oxunub: 401     15:44     18 Noyabr 2017    