Rusiyalı general: “Ermənistan KTMT-nin Qarabağ müharibəsində onun tərəfini saxlamayacağını yaxşı başa düşür”

2017/11/3aa143d598cbe8912d34e25dc483330d_1510916188_1511001621.jpg
Oxunub: 367     14:38     18 Noyabr 2017    
Bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin Beynəlxalq Müqavilə Departamentinin keçmiş rəhbəri və PİR Mərkəzinin İdarə Heyətinin sədri ehtiyatda olan general-leytenent Evgeniy Bujinski Ordu.az-a müsahibəsində bildirib.

Ehtiyatlı olan qeneral-leytenant Evgeniy Petroviç Bujinski hərbi elmlər namizədidir. Rusiyada ən təcrübəli hərbi diplomatlardan və ekspertlərdən biri hesab edilir. 1968-ci ildən Rusiya Silahlı Qüvvələrində xidmətə başlayıb. M.V. Frunze adına hərbi hərbi Akademiyanı bitirib. 1976-1992-ci illərdə Baş qərargahda müxtəlif vəzifələrdə xidmət edib, 1992-2009-cu illərdə Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq Baş İdarəsinin Beynəlxalq Müqavilələr şöbəsində, 2002-2009-cu illərdə Beynəlxalq Müqavilər şöbəsinin rəhbəri, Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq Baş İdarəsinin rəis müavini, 2009-2015-ci illərdə məsləhətçi, PIR Mərkəzinin baş vitse-prezidenti, 2014-cü ilin aprelindən etibarən, PIR Mərkəzi Şurasının sədridir. 2010-cu ildən Qlobal Təhlükəsizlik üzrə PIR Mərkəzi Beynəlxalq Məktəbində müəllimdir. 2013-ci ildən etibarən PİR Mərkəzinin birgə tədris kursunun və MGIMO-nun "Kütləvi qırğın silahlarının yayılmaması" mühazirəçisi, Rusiya Xarici İşlər Şurasının üzvüdür.

Kütləvi maraqlar sahəsi: silahlara nəzarət, regional və qlobal təhlükəsizlik, nüvə silahının yayılmaması, kosmik, NATO-Rusiya münasibətləri, Rusiya-Amerika münasibətləri, beynəlxalq təhlükəsizlik məsələlərinin hərbi və siyasi aspektləri.

- Yoldaş general-leytenant, Qarabağ ətrafında Ermənistan-Azərbaycan münaqişəsinin həllində Moskvanın rolunu necə qiymətləndirirsiniz? Sizcə Moskvanın bu prossesdə hansı məqsədləri var?

- Moskva üçün ən mühüm məsələ Ermənistan-Azərbaycan münaqişəsini həll etməkdir. Açıq desək, mən şəxsən bu münaqişənin həlli üçün resept bilmirəm, ilk növbədə, əsas odur ki, bu sülh yolu ilə baş versin, daha sonra bütün tərəflər razı qalsın. Lakin, mövcud olan bir növ kompromislər var. Moskvanın məqsədi Azərbaycanla Ermənistan arasındakı silahlı münaqişəyə icazə verməməkdir. Başa düşməliyik ki, bizim Ermənistanla ittifaq öhdəliklərimiz var və Azərbaycan bizim strateji tərəfdaşımızdır, hansı ki, onun Moskva ilə güclü əlaqələri var. Əlbəttə ki, bu baxımdan Rusiya çətin bir vəzifə ilə qarşılaşır, amma mənə elə gəlir ki, Rusiyanın rəhbərliyi balanslaşdırma siyasəti aparır, Azərbaycan və Ermənistan rəhbərləri ilə müntəzəm görüşür, həm də hərbi və texniki məsələləri hər iki dövlətlə həll edir. Qısa olaraq bildirim ki, Rusiyanın məqsədi bütün siyasi vasitələrlə Qarabağ münaqişəsinin həllinə, müharibənin yenidən başlamasına mane olmaqdır.

- Buna baxmayaraq, Ermənistanda anti-Rusiya hissləri olduqca güclüdür, KTMT, xüsusən də Rusiya, İrəvana Azərbaycana qarşı hərbi yardım göstərməməsi ilə bağlı kəskin narazılıq var. Sizcə, Rusiya və KTMT Qarabağda hərbi əməliyyatlar bərpa olunarsa, beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazisinə müdaxilə etməlidirmi? Axı, Azərbaycan Ermənistana hücum etmək niyyətində deyil, KTMT niyə kömək etməlidir ki?

- Əlbəttə ki, Ermənistanda kimdəsə narazılıq yaranarsa, Rusiyanın və KTMT-nin mövqeyi rəsmi Yerevanın diqqətinə çatdırılır. Hesab edirəm ki, bunu orada anlayırlar. Mən əminəm ki, Ermənistan rəhbərliyi bu məsələyə tamamilə ayıq yanaşır. Onlar Rusiya və digər KTMT üzvlərinin Qarabağ kimi həssas məsələdə əllərinə silah alıb Ermənistanı müdafiə etməyə tələsəcəyini gözləmirlər.

Bundan əlavə, KTMT NATO deyil. KTMT hələ də formalaşma dövründədir. NATO-da işlər necə qedir? Əgər arerikalılar nəsə etsələr, onda NATO-un bütün digər üzvləri yekdilliklə onlara dəstək olurlar. KTMT-də belə bir dəstək yoxdur. Məsələn, Rusiyanın Gürcüstan və Ukrayna arasındakı qarşıdurmalarında, digər üzvlər Moskvaya heç bir dəstək vermədi. Buna görə də, zərurət yarandığı təqdirdə, KTMT təşkilatın üzv ölkələrindən birinə dəstək verməsinə hələ ehtiyac olmayıb.

- Yaxın Şərq terroru artıq postsovet ölkələrinin sərhədlərinə yaxınlaşır. Bu təhlükədən özümüzü necə qoruya bilərik?

- Ölkələrimiz arasındakı qarşılıqlı əlaqəni, kəşfiyyat mübadiləsini yaxşılaşdırmaqla biz özümüzü qoruya bilərik. Yeri gəlmişkən, bu baxımdan Bakı ilə Moskva arasında yaxşı əməkdaşlıq mövcuddur. Məlum olduğu kimi, Moskva ilə Bakı arasında əməkdaşlıq səviyyəsi Rusiya və KTMT üzvləri arasında əməkdaşlığın səviyyəsindən aşağı deyil.

- Moskvanı NATO-nun Rusiya sərhədlərinə yaxınlaşması nə dərəcədə qıcıqlandırır? Rusiya cavab olaraq nə edə bilər? Və bu, Rusiya ilə Qərb arasında hərbi qarşıdurmanın yaranmasına gətirməyəcəkmi?

- Əlbəttə, bu kimi fəaliyyətlər bizi qıcıqlandırır. Moskva dəfələrlə NATO-nun genişlənməsi ilə bağlı narahat olduğumuzu bildirib. Yeni ölkələrin bu bloka qatılmağı ilə dərhal Şimali Atlantika Alyansının yeni üzvünün ərazisində avtomatik olaraq hərbi infrastrukturun yaradılması və ya inkişaf etdirilməsi daha çox narahatlıq yaradır. Təbii ki, hərbi infrastruktur Rusiyanın sərhədlərinə yaxınlaşanda və ya yaxşılaşdıqda, məsələn, Baltiyanı ölkələrdə və ya Şərqi Avropada olduğu kimi, bizim Sovet hərbi infrastrukturumuzun NATO standartlarına uyğun hala gətirilməməsi bizi narahat etməyə bilməz.

Rusiya cavab olaraq nə edə bilər? Qərb və şimal-qərb istiqamətlərini yeni tank diviziyaları, hətta tank orduları ilə genişləndirmək, 90-cı illərdə başlayan nizam-intizamın zəifləməsi nəticəsində əmələ gələn boşluqları doldura bilər.

Eyni zamanda, ümid edirəm ki, Rusiya ilə NATO arasındakı hərbi qarşıdurma olmayacaq. Çünki, Rusiya ilə ABŞ arasındakı hər hansı bir hərbi qarşıdurma qlobal nüvə qarşıdurmasına çevriləcək.

Bəhram Batıyev
Ordu.az

Teqlər: NATO   Qarabağ   Rusiya   KTMT  

Xəbər lenti

Rusiyalı general: “Ermənistan KTMT-nin Qarabağ müharibəsində onun tərəfini saxlamayacağını yaxşı başa düşür”

2017/11/3aa143d598cbe8912d34e25dc483330d_1510916188_1511001621.jpg
Oxunub: 368     14:38     18 Noyabr 2017    