ABŞ Polşaya “Patriot” HHM və RƏM sistemlərini satmağa razıdır

2017/11/1019174201234234_1510999344.jpg
Oxunub: 228     14:01     18 Noyabr 2017    
ABŞ administrasiyası Polşaya təxminən 10,5 milyard dollar həcmində "3+" konfiqurasiyasında olan “Patriot” hava hücumundan müdafiə və raket əleyhinə müdafiə sistemlərini satmağı qərara alıb. Bu komplekslərin tədarükü üçün ödəmə məsələsi açıq qalır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə cümə günü ABŞ Dövlət Departamenti məlumat yayıb.

Məlumata görə, ABŞ Polşaya dörd AN / MPQ-65 radar stansiyasını, dörd atəş idarəetmə məntəqəsini, 16 atəş qurğuşunu və 208 raket verilməsi planlaşdırılır.

Vaşinqton və Varşava arasında mövcud qanunvericiliyi həyata keçirmək üçün icazə, qanunvericiliyə görə Dövlət Departamenti tərəfindən verilir və bu icazə artıq alınıb. ABŞ administrasiyası artıq noyabrın 14-də öz qərarını Konqresə rəsmi olaraq bildirib. ABŞ hökumətinin qanunvericilik şöbəsinin qərarı qəbul etməsi üçün 30 günü var.

Xatırladaq ki, bu komplekslər hazırda Almaniya, Yunanıstan, İspaniya və Hollandiyada mövcuddur.

Ordu.az

Teqlər: Patriot   Polşa   HHM   RƏM  

Xəbər lenti

ABŞ Polşaya “Patriot” HHM və RƏM sistemlərini satmağa razıdır

2017/11/1019174201234234_1510999344.jpg
Oxunub: 229     14:01     18 Noyabr 2017    