Silahlı Qüvvələrin Hərbi Akademiyasında növbəti buraxılış olub - FOTOLAR

2017/11/24_1510990957_1510992461.jpg
Oxunub: 327     12:06     18 Noyabr 2017    
Silahlı Qüvvələrin Hərbi Akademiyasının təkmilləşdirmə və ingilis dili kurslarının növbəti buraxılışı keçirilib.

Ordu.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, buraxılış mərasimlərində Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyev çıxış edərək məzunları təbrik edib və gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıb.

Akademiyanın professor-müəllim heyəti ilə yanaşı, tədbirdə Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki hərbi attaşesi polkovnik Adam Kavlik də iştirak edib. Kursu bitirənlərə diplom və sertifikatlar təqdim olunub. Sonda məzunlarla xatirə şəkilləri çəkilib.

Ordu.az

Teqlər: SQ   Buraxılış  

Xəbər lenti

Silahlı Qüvvələrin Hərbi Akademiyasında növbəti buraxılış olub - FOTOLAR

2017/11/24_1510990957_1510992461.jpg
Oxunub: 328     12:06     18 Noyabr 2017    