Rusiya ABŞ-ın Suriyaya dair qətnaməsini bloklayıb

2017/11/635331550063453361_The-United-Nations435345_1510990527.jpg
Oxunub: 247     11:35     18 Noyabr 2017    
Birləşmiş Millətlər Təşkilatının Suriyadakı kimyəvi hücumları araşdırmaq üzrə yaratdığı birgə komissiya, zəhərli kimyəvi maddələrdən dəfələrlə istifadədə rəsmi Dəməşqi günahlandıraraq, öz işini rəsmi olaraq dayandırıb.

Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bunu BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik cümə günü təsdiq edib. O, komissiyanın işlərini dayandırdığını bəyan edib. "Bəzi heyət inzibati problemləri həll etmək üçün qalacaq, lakin komissiyanın mandatı daha etibarsızdır", - deyə o bildirib.

Suriya barədə digər ABŞ layihəsi oktyabrın 24-də BMT-də Rusiya tərəfindən bloklanıb. Komissiyasının işində dəyişiklikləri nəzərdə tutan Moskvanın təklif etdiyi sənəd, lazımi sayda səs almadan cümə axşamı Təhlükəsizlik Şurası tərəfindən rədd edilib.

Rusiya Suriyaya dair qətnamə layihələri üzərində, bu dəfə də veto tətbiq edib.

Xatırladaq ki, komissiya oktyabrın 26-dakı məruzəsində iki hadisə haqqında – 2016-cı il sentyabrın 16-da Marat-Um Xoşda və 2017-ci il aprelin 4-də Xan-Şeyxunda baş verən kimyəvi hücumlar barədə araşdırmaların nəticələrini təqdim etmişdi. Araşdırma aparan təhqiqatçılar bütün məsuliyyəti rəsmi Dəməşqin daşıdığı qənaətinə gəliblər.

Ədalət Verdiyev
Ordu.az

Teqlər: Rusiya   Suriya-böhranı   BMT  

Xəbər lenti

Rusiya ABŞ-ın Suriyaya dair qətnaməsini bloklayıb

2017/11/635331550063453361_The-United-Nations435345_1510990527.jpg
Oxunub: 248     11:35     18 Noyabr 2017    