NASA itkin düşən Argentina sualtı gəmisinin axtarışına çıxıb

2017/11/1509066865234234_1510988248.jpg
Oxunub: 318     10:56     18 Noyabr 2017    
NASA-nın xüsusi təchiz edilmiş tədqiqat təyyarəsi Argentina Hərbi Dəniz Qüvvələrinə məxsus itmiş "San-Xuan" sualtı qayığının axtarışlarına qoşulub.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ ordusunun Cənubi Komandanlığının mətbuat xidməti məlumat yayıb. Argentina Hərbi Dəniz Qüvvələri idarəsi sualtı qayıqda 44 nəfərin olduğunu bildirib.

Məlumata görə, ehtiyac olarsa axtarışlara ABŞ əsgərləri də qoşulacaq. Komandanlığın nümayəndəsi Hose Ruiz, NASA-nın modernləşdirilmiş P-3 Orion təyyarəsinin Uşuayidən Mar-del-Platuya doğru hərəkət edən sualtı qayığın axtarışına göndərildiyini bildirilir.

ARS Technica portalının məlumatına görə, P-3 Orion daha öncə də, ABŞ əsgərləri tərəfindən sualtı qayıqları təyin etmək üçün istifadə edilib. Təyyarə maqnitometr, infraqırmızı kameralar, həmçinin buzun qalınlığını ölçmək üçün sensorlar ilə təchiz olunub.

Qeyd olunur ki, itən sualtı qayıq Almaniyada inşa olunub və 1985-ci ildən Argentina Hərbi Dəniz Qüvvələrinin heyətinə verilib.

Sualtı qayığın uzunluğunun 66 metr olduğu bildirilir.

Ordu.az

Teqlər:

Xəbər lenti

NASA itkin düşən Argentina sualtı gəmisinin axtarışına çıxıb

2017/11/1509066865234234_1510988248.jpg
Oxunub: 319     10:56     18 Noyabr 2017    