Metyu Brayza: "ABŞ və Türkiyə arasında yeni format yaradılmalıdır"

2017/11/Metyu-Brayza_1510926552.jpg
Oxunub: 404     17:51     17 Noyabr 2017    
ABŞ və Türkiyə münasibətləri qaydaya salmaq üçün Birləşmiş Ştatların Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volkerlə Rusiya prezidentinin köməkçisi Vladislav Surkovun keçirdiyi görüşlərə uyğun format yaratmalıdırlar.

Ordu.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə keçmiş köməkçisi Metyu Brayza bəyan edib.

Son illərdə əsasən İstanbulda özəl şirkətlərdə işləyən amerikalı ekspert ABŞ və Türkiyə prezidentləri Donald Trampla Rəcəb Tayyib Ərdoğanın şəxsi görüşlərinin problemləri həll edə bilməyəcəyi iddiasında əminliyini bildirib.

Onun sözlərinə görə, hər iki lider bir-birilə ünsiyyət qurmaq istəyib, lakin bu, onlarda alınmayıb.

Brayza qeyd edib ki, Tramp və Ərdoğan digər tərəfin nə istədiyini tam olaraq anlaya bilmirlər, buna görə də problemlər həll edilməmiş qalır.

“Hər iki tərəf eyni məsələri təklif edir, eyni mövzuları müzakirə etmək istəyirlər, lakin bununla belə fərqli dillərlə danışırlar”, - deyə Brayza vurğulayıb.

Məhz buna görə, Brayza hesab edir ki, ölkələrin yüksək çinli nümayəndələri görüşməlidir.

Ağalar Qəribov
Ordu.az

Teqlər: Dağlıq-Qarabağ   Metyu-Brayza   ABŞ   Rusiya  

Xəbər lenti

Metyu Brayza: "ABŞ və Türkiyə arasında yeni format yaradılmalıdır"

2017/11/Metyu-Brayza_1510926552.jpg
Oxunub: 405     17:51     17 Noyabr 2017    