ABŞ-ın RHM sistemləri 100-dən çox Sovet raketini məhv edib – HESABAT

2017/11/pic_27914eda09c1a37cf502a5ad08e03ea045345_1510925629.jpg
Oxunub: 2990     17:31     17 Noyabr 2017    
ABŞ tərəfindən Səudiyyə Ərəbistanına tədarük olunan raket hücumundan müdafiə (RHM) sistemi “Patriot”, 2015-ci ildən etibarən Yəmən tərəfindən atılan, əksər hissəsi Sovet istehsalı olan 100-dən çox raketi zərərsizləşdirib.

Göstərilən məlumatlar “Raytheon” şirkətinin (“Patriot” RHM sistemlərinin istehsalçısı) hesabatına qeyd edilib.

Belə ki, zərərsizləşdirilən raketlərin 90 faizi “Patriot PAC-2” (ikinci nəsil “Patriot”) kompleksinin payına düşür. Bu kompleks əsasən təyyarələrin məhv edilməsi üçün nəzərdə tutulsa da, ballistik raketləri zərərsizləşdirməkdə heç də bu sahə üzrə ixtisaslaşdırılan sistemlərdən geri qalmır.

Digər 10 faiz isə “Patriot PAC-3” (üçüncü nəsil “Patriot”) komplekslərinin payına düşür. Bu komplekslər öz sələfindən fərqli olaraq, bilavasitə ballistik raketlərin zərərsizləşdirilməsi üzrə ixtisaslaşdırılıb. Lakin, bu sistemlərin Səudiyyə Ərəbistanında geniş şəkildə istifadə olunmamasını “Lockheed Martin” şirkəti aşağı göstəricilərlə əlaqələndirir.

Yəmən raketlərinin məhv edilməsi, həmçinin BƏƏ silahlanmasında yer alan “Patriot” kompleksləri vasitəsilə də həyata keçirilir. Lakin, bu komplekslər Yəmənin öz ərazisində yerləşir. Bu amili də nəzərə alsaq, ABŞ RHM sistemlərinin 2015-ci ildən 100 deyil, 150-dən çox Sovet raketi zərərsizləşdirdiyini iddia edə bilərik.

“Defense News” agentliyi qeyd edir ki, “Patriot” sistemlərini istehsal edən “Raytheon” şirkətinin yuxarıda bəhs edilən göstəriciləri digər analitik mərkəzlər və Səudiyyə Ərəbistanı hökumətinin statistik araşdırmalarında qeyd olunan rəqəmlərə nisbətdə xeyli artırılıb. Səudiyyə Ərəbistanı 8 ölkədən ibarət koalisiyaya rəbərlik edir və bu koalisiya Yəməndə fəaliyyət göstərən husilər hərəkatına, onlara dəstək verən İrana qarşı birləşib.

Digər tərəfdən isə, nəşr bildirir ki, Səudiyyə Ərəbistanı və BƏƏ ələ keçirilən Yəmən raketlərinin sayını azaldırlar, “Raytheon” şirkəti isə Sovet raketlərinin zərərsizləşdirilməsinə iştirak edən RHM sistemlərinin özlərinin istehsalı olduğunu etiraf etməkdən boyun qaçırır.

Yəməndə husi qiyamçıları ilə hökumət qüəvvələri arasında vətəndaş müharibəsi gedir. Həm husilərin, həm də Yəmən hökumətinin silahlanmasında vaxtilə SSRİ və Şimali Koreyadan alınmış xeyli sayda müxtəlif istehsal ilinə aid raketlər var. Şimali Koreya raketləri isə, Sovet raketlərinin konstruksiyası üzərində yaradılıb. Lakin, İran raketlərinin Yəmənə daşınmasını təsdiq edən faktlar mövcud deyil.

Adətən, bir sovet raketinin ələ keçirilməsinə 4 ABŞ raket məhvedicisi göndərilir. Hazırda, Səudiyyə Ərəbistanının silahlanmasında raket hücumundan müdafiə olunmaq üçün yalnız ABŞ istehsalı olan ikinci və üçüncü nəsil “Patriot”lar var. Ər-Riyad həmçinin Rusiya istehsalı olan S-400 RHM sistemlərini almaqda maraqlı olduğunu bəyan edib.

Ağalar Qəribov
Ordu.az

Teqlər: RHM   ABŞ   Sovet-raketləri  

Xəbər lenti

ABŞ-ın RHM sistemləri 100-dən çox Sovet raketini məhv edib – HESABAT

2017/11/pic_27914eda09c1a37cf502a5ad08e03ea045345_1510925629.jpg
Oxunub: 2991     17:31     17 Noyabr 2017    