Pentaqon: ABŞ 2018-ci ilin əvvəlində müdafiə strategiyasını yeniləyəcək

2017/11/1399103312_pentagon234234234_1510919106.jpg
Oxunub: 244     15:45     17 Noyabr 2017    
“Yeni milli müdafiə strategiyası üzərində işlər 2018-ci ilin əvvəlində tamamlanacaq”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Konqresinin Senatı tərəfindən müdafiə nazirinin müavini vəzifəsinə namizəd kimi irəli sürülən Con Rud bildirib.

“Yeni milli müdafiə strategiyasının hazırlanması proritet məsələdir və 2018-ci ilin əvvəlindən gec olmayaraq tamamlanmalıdır”, - deyə Rud namizədliyinin təsdiqlənməsinə dair Senat dinləmələrində silahlı qüvvələrin vəziyyəti barədə suallardan birinə cavab verərkən bildirib.

Dinləmələr Konqresin saytında canlı olaraq nümayiş etdirilib.
Komitə üzvləri həmçinin Rudun senatorlar tərəfindən ona ünvanlanmış suallara verdiyi yazılı cavablarla da tanış olmaq imkanına malik olublar.

“Bu sənəd özündə tendesiyalara uyğun qiymətləndirmə üsulu əsasında bütün dünyada sülhün təhlükəsizliyinin təmini, həmçinin strateji maraqlarımız baxımından bizə daha çox təhlükə törədən rəqiblərimizə qarşı düzgün siyasət yürütməyimizə dair elementləri özündə əks etdirir. Sənəddə bizim Rusiya, İran, Şimali Koreya və Çin kimi potensial rəqiblərimiz tərəfindən məruz qaldığımız transmilli terrorizmə qarşı mübarizə üsullarından bəhs olunur. Həmçinin İraq, Əfqanıstan və Suriyada İŞİD və “Əl-Qaidə” terror qruplaşmalarına qarşı daha effektiv mübarizə üsulları məsələsinə də toxunulur”, - deyə namizəd qeyd edib.

Onun sözlərinə görə, sənəddə silahlı qüvvələrinin “heyətin strukturu və kəmiyyəti” analiz ediləcək.

“ABŞ hər hansı rəqibin aqressiyasının qarşısını almağa və ona cavab verməyə hazır olmalıdır. Strategiyanın realizəsi büdcə məhdudiyyətlərindən asılı olmalı deyil”, - deyə Rud vurğulayıb.

Ağalar Qəribov
Ordu.az

Teqlər: Pentaqon   Müdafiə-büdcəsi  

Xəbər lenti

Pentaqon: ABŞ 2018-ci ilin əvvəlində müdafiə strategiyasını yeniləyəcək

2017/11/1399103312_pentagon234234234_1510919106.jpg
Oxunub: 245     15:45     17 Noyabr 2017    