İraq ordusu İŞİD-in sonuncu sığınacağını ələ keçirib

2017/11/iraq-ordusu345_1510915492.jpg
Oxunub: 227     14:44     17 Noyabr 2017    
İraq hökumət qüvvələri İŞİD-in ölkədəki sonuncu sığınacağı olan Anbar vilayətinin Rava dairəsində nəzarəti ələ keçiriblər.

Ordu.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu gün birgə əməliyyatlar komandanlığı İŞİD-ə qarşı hücumla bağlı yeni əməliyyatın başlandığı barədə məlumat yayıb.

“Azad etmə üzrə əməliyyatın komandanı Əbdul-Əmir Yaralla bəyan edib ki, “Həşd aş-Şabi” hərəkatının qüvvələri və İraq ordusu Rava dairəsini bütünlükdə terrorçulardan azad olunub”, - deyə komandanlığın mətbuat xidmətinin məlumatında bildirilir.

Qeyd olunur ki, qoşunlar şəhərin mərkəzində İraq bayrağı qaldırıblar.
Xatırladaq ki, daha öncə ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri terrorçuların Suriya və İraqda 95 faiz ərazini itirmələri barədə məlumat yayıb.

Ağalar Qəribov
Ordu.az

Teqlər:

Xəbər lenti

İraq ordusu İŞİD-in sonuncu sığınacağını ələ keçirib

2017/11/iraq-ordusu345_1510915492.jpg
Oxunub: 228     14:44     17 Noyabr 2017    