Ermənistanın Qarabağ təxribatı: "Şərq Tərəfdaşlığı" proqramı dalana dirənib

2017/11/fc3731ca2b65bddbd140f64d1b1be109-e1498811099332456456_1510911505.png
Oxunub: 404     14:07     17 Noyabr 2017    
"Şərq Tərəfdaşlığı" proqramının zirvə görüşünün bəyannaməsi yenə də Dağlıq Qarabağ münaqişəsinə görə dalana dirənib.

Ordu.az xəbər verir ki, növbəti həftə Brüsseldə baş tutacaq "Şərq Tərəfdaşlığı" proqramının zirvə görüşünün yekun bəyannaməsi yenə də Dağlıq Qarabağ münaqişəsinə görə dalana dirənib.

Bəyannamənin yekun mətninin hazır olduğu bir vaxtda, indiyədək rəsmi İrəvan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına aid yekun bir nəticəyə gəlməyib və təxribatçı iddialarla çıxış edib.

Avropa İttifaqına üzv bütün 28 ölkə səfirləri, bölgə münaqişələri ilə bağlı müddəa istisna olmaqla bəyannamənin yekun mətni ilə razılığa gəliblər. Ermənistan tərəfi isə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yekun bəyannamənin mətnində fikir qeyd etmədiyinə görə, Aİ üzv ölkələri bu hissəni açıq qoyub.

Faktiki olaraq bəyannamə hazırdır. Errmənistanın Qarabağ münaqişəsi ilə bağlı təxribatçı mövqeyi müqavilənin dalana dirənməsinə səbəb olub. Hazırda Brüsseldə çox narahatdırlar. Çünki, məsələ dramatik xarakter ala bilər. Qarabağ münaqişəsi ilə bağlı mövqe və ya onun sənəddə öz əksini tapmaması səbəbindən prezidentlər sənədi imzalamaqdan da imtina da edə bilərlər.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: ŞTP   Qarabağ   Təxribat  

Xəbər lenti

Ermənistanın Qarabağ təxribatı: "Şərq Tərəfdaşlığı" proqramı dalana dirənib

2017/11/fc3731ca2b65bddbd140f64d1b1be109-e1498811099332456456_1510911505.png
Oxunub: 405     14:07     17 Noyabr 2017    