Ermənistan işğal etdiyi əraziləri "İqla-S" portativ ZRK-larla təchiz edib

2017/11/3453543453_1510848393.jpg
Oxunub: 526     19:57     16 Noyabr 2017    
Son bir ildə, Ermənistan işğal altında olan ərazilərdə yerləşən qanunsuz hərbi hissələrin havadan hücumundan müdafiə sistemlərini böyük miqdarda "İqla-S" və ya "İqla-Super" portativ zenit-raket kompleksləri ilə təchiz edib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan müdafiə nazirliyinin "Hay zinvor-Erməni əsgəri" rəsmi qəzetinə müsahibəsində Ermənistan hava hücumundan müdafiə qoşunlarının rəis müavini polkovnik Artur Poğosyan bildirib.

Müxtəlif ölkələrlə yeni sazişlərin olduğunu bildirən Poğosyan, artıq cəbhə xəttinin birinci eşalonunda yerləşən batalyonların sözügedən komplekslərlə təchiz edildiyini deyib.

Qeyd edək ki, Ermənistanın güc strukturlarını təmsil edən şəxslər demək olar ki, hər gün fantastik ideya ilə çıxış edərək, bu ölkənin "müdafiə qüdrəti" və "yeni silahları" barədə ictimaiyyətə absurd məlumatlar sırımaqla məşğuldurlar. Daim qorxu içərisində yaşayan erməni vətəndaşlarını sakitləşdirmək üçün guya indiyə kimi onların strateji müttəfiqi tərəfindən heç bir ölkəyə deyil, yalnız Ermənistana "Verba" portativ zenit-raket komplekslərinin verilməsi barədə cəfəng fikri də Poğosyan səsləndirmişdi.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: İqla-S   Qarabağ   İşğal  

Xəbər lenti

Ermənistan işğal etdiyi əraziləri "İqla-S" portativ ZRK-larla təchiz edib

2017/11/3453543453_1510848393.jpg
Oxunub: 527     19:57     16 Noyabr 2017    