Konqres Prezidentə nə üçün 907-ci düzəlişin hüquqi qüvvəsini dayandırmaq səlahiyyəti verib? – Məxfi Qovluq (ANALİZ)

2017/11/020320-D-9880W-004345345_1510840475.jpg
Oxunub: 546     17:50     16 Noyabr 2017    
Dünən erməni kütləvi informasiya vasitələrində 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək" Aktına qəbul edilən və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan düzəlişlə bağlı bir sıra önəmli detallar açıqlandı.

Faktiki olaraq, 2001-ci il 11 sentyabr hadisələrindən sonra Pentaqon və Ermənistan rəhbərliyi arasında 907-ci düzəlişlə bağlı gizli danışıqlar aparılıb. Sözügedən gizli danışıqlar ilk dəfə, ABŞ-da yaşayan erməni əsilli politoloq Suren Sarkisyan tərəfindən şəxsi Facebook səhifəsi üzərindən yayıldı.

“Bu görüşlərin protokolları Pentaqonda saxlanılır. Sənədlərin həcmi kifayət qədər böyükdür”.

Məlumata görə, Ermənistanın o dövrki müdafiə naziri Serj Sarkisyan ABŞ-ın müdafiə məsələləri üzrə katibi Ramsfeldlə bir neçə dəfə İrəvanda, Brüsseldə və Vaşinqtonda görüşüb. Suren Sarkisyanın sözlərinə görə, bu görüşlərin təşkilatçısı isə, indiki müdafiə naziri Vigen Sarkisyan olub. Vigen Sarkisyan o zaman müdafiə nazirini köməkçisi olub, bütün görüşlərdə tərcüməçi və təşkilatçı kimi iştirak edib.

“Bütün bu görüşlərin təşkilatçısı indiki müdafiə naziri Vigen Sarkisyan olub. O, bütün tam məxfi danışıqlarda iştirak edib, ingilis dilini əla bilməsi və danışıqların tərkibinin gizli olmasını nəzərə alaraq, zərurət olduğu hallarda təkbətək görüşləri tərcümə edib. Ramsfeld Ermənistandan danışarkən deyirdi. "Sizdə faktiki olaraq nə qədər Sarkisyana rast gəlmişəm, hamısı özlərinə ciddi karyera qurublar. O dövrdəki müdafiə naziri, onun köməkçisi, hərbi attaşe və s”.

Xatırladaq ki, politoloq Suren Sarkisyan keçmiş baş nazir Tiqran Sarkisyanın müşaviri , Tafts universitetinin nəzdində olan Fletçer adına diplomatiya və hüquq məktəbinin elmi işçisidir. Çox güman ki, o, Pentaqonun arxivlərində ABŞ və Ermənistan münasibətlərini tədqiq edərkən bu sənədlərlə tanış olub.

Məlumatların varlığının doğru olub-olmadığına dair şübhələri aradan qaldırmaq üçün ABŞ rəsmiləri bu məsələnin araşdırılması üçün təcili tədbirlər görməlidir. Məlumatın ən önəmli hissəsi, Azərbaycana qarşı qəbul edilən 907-ci düzəlişin 11 sentyabr hadisələri ilə əlaqədər olaraq (Azərbaycanın Əfqanıstandakı əməliyyatlarını dəstəkləməsi üçün) yumuşaldılmasından və daha sonra aradan qaldırılmasından ibarətdir. Təsadüfi deyil ki, vaxtilə bu düzəliş erməni lobbisinin təsirləri ilə qəbul edilmişdi. Bu baxımdan, Ermənistan tərəfi ABŞ-ın bu istəyinə qarşı çıxa və onu Əfqanıstanda aparılacaq əməliyyatlarda dəstəkləməzdi. Bu baxımdan, Ermənistanı neytrallaşdırmaq üçün hətta ABŞ tərəfindən hərbi yardım vədləri irəli sürülüb.

“2001-ci ilin dekabr ayında Ramsfeld Ceyms Beykerdən sonra Ermənistana səfər edən ikinci yüksək vəzifəli ABŞ rəsmisi olub. Danışıqlar zamanı Serj Sarkisyanla ciddi razılıqlar əldə edib. ABŞ milli təhlükəsizliyi təhdidlərini nəzərə alaraq, Ramsfeld 907-ci düzəlişdən yan keçmək məsələsində Serj Sarkisyanın köməyini istəyib. Bunun əvəzində Ramsfeld Sarkisyana hərbi yardım söz verib. 11 sentyabrın hadisələrindən sonra Pentaqonun həm də daxili siyasətlə bağlı həll ediləcək problemləri olduğu üçün erməni tərəfi təkliflə razı olub. Sarkisyan-Ramsfeld görüşündə həmçinin Ermənistanın qlobal terrorçuluğa qarşı mübarizədə dəstəyi müzakirə edilib. Ermənistan İrak və Əfqanıstana soxulmağa hazırlaşan ABŞ-a bu məsələdə də dəstək verməyi vəd edib”, - deyə Suren Sarkisyan məsələnin detallarını bu şəkildə təsvir edib.

Təsadüfi deyil ki, 2001-ci il 11 sentyabr hadisələrindən sonra Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə dəstəyini təmin etmək məqsədilə ABŞ Konqresi Prezidentə düzəlişin hüquqi qüvvəsini dayandırmaq səlahiyyəti verib.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər:

Xəbər lenti

Konqres Prezidentə nə üçün 907-ci düzəlişin hüquqi qüvvəsini dayandırmaq səlahiyyəti verib? – Məxfi Qovluq (ANALİZ)

2017/11/020320-D-9880W-004345345_1510840475.jpg
Oxunub: 547     17:50     16 Noyabr 2017    