Ermənistan parlamenti qalmaqallı qanun layihəsini qəbul etdi

2017/11/ermenistan-parl-1345_1510728096.jpg
Oxunub: 145     10:40     15 Noyabr 2017    
Bu gün Ermənistan parlamenti ikinci oxunuşla "Hərbi xidmət və Hərbi xidmətin statusu haqqında" qanun layihəsini qəbul edib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, qanun layihəsinin lehinə 86, əleyhinə isə 6 deputat səs verib.

"Yelk" fraksiyasının üzvü Ararat Mirzoyan dörd tələbənin aclıq aksiyası keçirdiyini, 120 elimi işçinin tətilə qatıldığını xatırladaraq, layihəyə qarşı səs verməyə çağırış edib.

Qeyd edək ki, dünən İrəvan Dövlət Universitetinin fizika fakultəsinin 5 nəfər tələbəsi aclıq aksiyasına başlayıb. Məlumata görə, aclıq aksiyasına başlayan tələbələrdən birinin vəziyyəti pisləşib və onu xəstəxanaya aparıblar.

Xatırladaq ki, yeni qanun layihəsi tələbələrə təhsil aldığı dövrdə möhlət verilməsi hüququnu ləğv edir.

Ordu.az

Teqlər: Hərbi-xidmət   Erməni-ordusu   Etiraz  

Xəbər lenti

Ermənistan parlamenti qalmaqallı qanun layihəsini qəbul etdi

2017/11/ermenistan-parl-1345_1510728096.jpg
Oxunub: 148     10:40     15 Noyabr 2017    