Amerikalı polkovnik: “Biz Əl-Bağdadinin harada olduğunu bilmirik”

2017/11/orig-1510695925e30f69fbec90b34c1b233529ae7e0cbc53453_1510726576.jpeg
Oxunub: 142     10:15     15 Noyabr 2017    
Amerika ordusunun komandanlığı İŞİD terror qruplaşmasının rəhbərinin harada olduğundan məlumatsızdır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ quru qoşunlarının polkovniki Rayan Dillon bildirib.

Polkovnikin sözlərinə görə, Pentaqon terrorçuların liderinin harada olduğunu təyin edə bilməyib.

“Biz onun (Əl-Bağdadi -red) hazırda harada olduğunu bilmirik. Axtarışlarımız davam edir”, - deyə Dillon bildirib.

Polkovnik qeyd edib ki, hazırda amerikalı ekspertlər əl-Bağdadi daxil olmaqla İŞİD rəhbərlərinin harada gizləndiyini müəyyənləşdirmək üzərində çalışırlar. Onun sözlərinə görə, ABŞ qüvvələri cari il ərzində əl-Bağdadinin köməkçilərini, həmçinin sahə komandirlərindən 117 terrorçunu taparaq məhv ediblər.

Ağalar Qəribov
Ordu.az

Teqlər: ABŞ   İŞİD  

Xəbər lenti

Amerikalı polkovnik: “Biz Əl-Bağdadinin harada olduğunu bilmirik”

2017/11/orig-1510695925e30f69fbec90b34c1b233529ae7e0cbc53453_1510726576.jpeg
Oxunub: 145     10:15     15 Noyabr 2017    