Erməni hərbi ekspert: "Vəzifəlilərin övladları yalnız "mavi" olarsa xidmətdən azad edilə bilər"

2017/11/101892234234_1510667383.jpg
Oxunub: 421     17:45     14 Noyabr 2017    
"Vəzifəli şəxslərin övladları ancaq "mavi" və impotensiya hallarına görə hərbi xidmətdən azad edilə bilər".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə hərbi ekspert Vahan Badasyan jurnalistlərə açıqlamasında bildirib.

Onun sozlərinə görə, hazırda təhsildən ayrı qalmaq tələbəyə ancaq ziyan vura bilər.

"İndiki hakimiyyət 25 il ərzində təhsilə lazımi münasibət göstərməyib, elm mərkəzləri yalnız ştat vahidi və əmək haqqı üçün qorunub saxlanılır. Təhsil sistemi elə dəyişdirilib ki, gələcəkdə mütəxəssislərimiz olmasın. Məktəbdə 8 saat din, 8 saat rus dili, 1 saat isə kimya və fizika tədris edildiyi halda hansı təhsildən söhbət gedə bilər. Elə vəkillərimiz var ki, hüquq sahəsindən tamamilə uzaqdırlar. İnsanları zorakılıq yolu ilə ittiham edirlər", - deyə Badasyan bildirib.

Badasyan tələbələrin etiraz aksiyasına da münasibət bildirərək, orduda korrupsiya risklərinin çox olduğu, vəzifəlilərin övladlarının guya elmlə məşğul olduqları iddiası ilə hərbi xidmətdən yayındığını bildirib.

"Bir tərəfdən, möhlət hüququnun ləğv edilməsi yaxşı haldır. Vəzifəlilərin övladları təhsil səbəbi ilə deyil, hərbi xidmətdən yalnız "mavi" və impotensiya hallarına görə azad edilməsinin tərəfdarıyam", - deyə o, qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Hərbi-xidmət   Erməni-ordusu  

Xəbər lenti

Erməni hərbi ekspert: "Vəzifəlilərin övladları yalnız "mavi" olarsa xidmətdən azad edilə bilər"

2017/11/101892234234_1510667383.jpg
Oxunub: 424     17:45     14 Noyabr 2017    