Az raketlə, daha çox termonüvə başlığı - RS-24 "Yars"

2017/11/1021913859345345_1510665941.jpg
Oxunub: 212     17:22     14 Noyabr 2017    
Az raketlə, daha çox termonüvə başlığı - bu prinsip, növbəti 10 il üçün Rusiya Strateji Raket Qoşunlarının inkişafın əsasını təşkil edəcək.

Bazar ertəsi Rusiyanın Strateji Təyinatlı Raket Qoşunları komandanı, general-polkovnik Sergey Karakayevin verdiyi məlumata görə, 2026-ci ilə qədər demək olar ki, bütün raket qoşunlarının bölmələri artıq bir başlıqla təchiz olunan “Topol-M” əvəzinə fərdi tuşlama sistemli 3-4 başlıqla təchiz olunan RS-24 “Yars” kompleksləri ilə təmin olunacaq.

Bu yanaşma beynəlxalq müqavilələr çərçivəsində nüvə arsenalını saxlamaq və qlobal raket əleyhinə müdafiə sisteminin genişlənməsi şəraitində strateji sabitliyi təmin etmək üçün Rusiyaya geniş imkanlar verir.

Karakaevin sözlərinə görə, 2017-ci ilin sonuna qoşunlar 66% müasir silahlarla təchiz olunacaq və nüvə çəkindirməsi üçün yeni imkanlar əldə edəcəklər. Bu gün STRQ-da müxtəlif sinif sistemli, təxminən 400 ədəd raket kompleksi mövcuddur. Bu komplekslər isə, müxtəlif sinifli və müxtəlif qabiliyyətli QBR-lə təchiz olunub.

Onlara RS-20M "Voevoda", PC-18A "Stilet", RS-12M "Topol", RS-12M2 "Topol-M" və RS-24"Yars" sistemləri daxildir. Onların arasında "Voevoda"ən ağırı hesab olunur ki, o doqquz ton çəkidə on hissəyə ayrılan başlıqlarla hər biri bir megaton gücündə zərbə endirə bilir. "Voevoda"nın bir zərbəsi Nyu York kimi bir şəhəri yer üzündən silə bilər. Bu raketlərin əvəz edilməsi üçün Rusiya sənayesi artıq RS-28 "Sarmat" raketlərinin hazırlanması ilə məşğuldur. Onların 2018-2020-ci illərdə döyüş növbətçiliyinə qəbul edilməsi planlaşdırılır.

Başlıqları bölünən raketlərin üstün cəhətləri onların hər birinə bir neçə fərdi tüşlama bloku yerləşdirilə bilinməsindədir. Mövcud müqaviləyə uyğun olaraq, yalnız bir raket quraşdırıla bilər. Qalanları isə, anbarda ən pis vaxtlara qədər gizlədilə bilər. Amerikalılar SNV-3 strateji hücum silahlarının azaldılması haqqında Rusiya ilə müqavilənin şərtlərinə uyğun olsun deyə özlərinin üç başlıqlı "Minuteman-3" raketlərindən əlavə başlıqları çıxardılar.

Əvvəllər Strateji Raket Qoşunlarının Baş rəisi vəzifəsində xidmət edən, hal-hazırda təqaüdçü hərbi ekspert, general-polkovnik Viktor Esin bildirib ki, ABŞ bu fənddən fəal şəkildə istifadə edir. Rusiya da, təhlükəli bir dövrdə döyüş başlıqlarının raket kompleksinə qaytarılmasına imkan verə biləcək bir çox daşıyıcıya sahib olmalıdır. Saratovda hazırda 60 tək bloklu raketləri olan bir "Topol-M" bölməsi RS-24 "Yars"la silahlanmasından sonra demək ki, onun potensialı 60-dan 240 raketə qədər artacaq.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər: Yars   Topol   SRQ  

Xəbər lenti

Az raketlə, daha çox termonüvə başlığı - RS-24 "Yars"

2017/11/1021913859345345_1510665941.jpg
Oxunub: 213     17:22     14 Noyabr 2017    