Rusiyada çəkisi 15 tonadək olan PUA-lar yaradılacaq

2017/11/Russian_UCAV_MiG_Scat_d_850345345_1510662645.jpg
Oxunub: 160     16:29     14 Noyabr 2017    
Yaxın illərdə Rusiyada çəkisi 1 tondan 15 tonadək olan pilotsuz uçuş aparatları yaradılacaq.

Ordu.az “Rossiyskaya qazeta” nəşrinə istinadən xəbər verir ki, bu barədə “MİQ” Rusiya təyyarəqayırma şirkətinin rəsmi nümayəndəsi Anastasiya Kravçenko bildirib.

Yaradılacaq dronlar müxtəlif tapşırıqların, o cümlədən artilleriya atəşinin istiqamətləndirilməsi, həmçinin təyin edilən hədəflərə raket və bomba zərbələrinin endirilməsinə xidmət edəcək.

“Bu həm kəşfiyyat, həm də zərbə dronlarıdır”, - deyə Kravçenko qeyd edib.

Uçuş aparatları üç kateqoriyada 1 tondan 5 tona, 5 tondan 10 tona, 10 tondan 15 tonadək olan çəkilərdə yaradılacaq. PUA-ların hər növü üçün ayrıca milli mühərriklər hazırlanacaq.

Ordu.az

Teqlər: PUA   MİQ  

Xəbər lenti

Rusiyada çəkisi 15 tonadək olan PUA-lar yaradılacaq

2017/11/Russian_UCAV_MiG_Scat_d_850345345_1510662645.jpg
Oxunub: 161     16:29     14 Noyabr 2017    