Soros tələbə hərəkatına 20 min dollar dəstək verib? - Gülünc İddia

2017/11/5645645645_1510662203.jpg
Oxunub: 250     16:17     14 Noyabr 2017    
"Soros Fondu "Millət-Ordu" konsepsiyasına qarşı mübarizə aparmaq üçün Ermənistanın qeyri-hökumət təşkilatlarına 20 min dollar verib".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Respublikaçı deputat Hayk Babuxanyan "Hərbi xidmət və hərbçilərin statusu haqqında" qanun layihəsinin müzakirəsi ilə əlaqədar olaraq çıxış edərkən bildirib.

O, Sarkisyan rejiminin yarıtmaz siyasətinə qarşı çıxan tələbələrin əslində Soros tərəfindən məaliyyələşdirilməsi ilə bağlı gülünc bəyanat səsləndirib. Babuxanyan, etirazlarla bağlı "Soros fondu"nun adını hallandırarkən, etirazların guya daxili ictimai narazılığın deyil, xarici qüvvələrin işi olduğunu göstərməyə cəhd edib.

Qeyd edək ki, artıq müasir erməni gəncliyi Qarabağın tarixi Azərbaycan torpağı olduğunu yaxşı dərk edir. Bu baxımdan möhlət hüququnun ləğv edilməsi barədə irəli sürülən düzəlişlər və təkliflərlə bağlı heç bir məsələ qəbul edilmir.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Erməni-ordusu   Hərbi-xidmət   Etiraz  

Xəbər lenti

Soros tələbə hərəkatına 20 min dollar dəstək verib? - Gülünc İddia

2017/11/5645645645_1510662203.jpg
Oxunub: 251     16:17     14 Noyabr 2017    