Erməni ekspert etiraf etdi: "Texnologiyalar sahəsində Azərbaycan üstünlüyə malikdir"

2017/11/arm139288739561243423_1510660840.jpg
Oxunub: 412     15:59     14 Noyabr 2017    
"Hərbi xidmət və hərbçilərin statusu haqqında qanun layihəsi ölkədən miqrasiyanı gücləndirəcək".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında “Modus Vivendi” mərkəzinin rəhbəri, erməni ekspert Ara Papyan söyləyib.

"İnsanlar artıq 18 yaşına qədər olan övladlarını ölkədən aparırlar ki, onlar xidmət etməsinlər. Bu qanunla miqrasiya yeni tempə qədəm qoyur. Elm sahəsinə gəldikdə isə onun inkişafı üçün investisiyalar lazımdır. Bizim bütün tanınmış alimlərimiz Ermənistandan kənardadırlar. Qanun layihəsinin ədaləti bərpa etmək kimi yaxşı niyyəti olsa da buna nail olmaq mümkün olmayacaq.

Ən vacib itkilərin insan itkisi olduğuna baxmayaraq, informasiya texnologiyalarının inkişaf etdiyi bir dövrdə, biz ordunu insanlarla gücləndirməkdə davam edirik. Bu sahədə Azərbaycan üstünlüyə sahibdir. Burada əsas diqqət texnologiyalara üstünlük verilir. Ordunun öz daxilində də ədalət olmalıdır. Məsələn, indi cəzaçəkmə müəssisələri gərək aprel müharibəsinə görə zabit və generallarla dolu olardı", - deyə Papyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Azərbaycan   Erməni-ekspert  

Xəbər lenti

Erməni ekspert etiraf etdi: "Texnologiyalar sahəsində Azərbaycan üstünlüyə malikdir"

2017/11/arm139288739561243423_1510660840.jpg
Oxunub: 415     15:59     14 Noyabr 2017    