Əlcəzairli hərbçilər rus “Berejok”unu yüksək qiymətləndiriblər

2017/11/1510651414_1345345_1510660281.jpg
Oxunub: 211     15:50     14 Noyabr 2017    
Əlcəzairli hərbçilərin fikrincə, Rus mütəxəssislərinin köməyi ilə modernləşdirilən “Berejok” döyüş moduluna malik BMP-2M-i dünyada ən yaxşılardan biri hesab etmək olar.

Ordu.az xəbər verir ki, bu barədə “Rossiyskaya qazeta” nəşri yazıb.

Maşınların müasirləşdirilməsinə dair müqavilə Tulada yerləşən “Konstruktorskoe byuro priborostroeniya” şirkəti ilə imzalanıb. Nəticədə, Əlcəzair ordusu ən müasir standartlara cavab verən atəş idarəetmə sistemləri ilə təchiz edilən yeni maşınlar əldə edib.

Müasir panoramaşəkilli tuşlama sayəsində komandir yalnız tuşlayıcıya hədəfin aşkarlanmasında kömək etməyə deyil, həm də lazım gələrsə, onun fəaliyyətinə paralel olaraq çalışmağa qadirdir.

Maşının atəş gücü 30 millimetrlik AQ-17 qumbaraatları, 300 qumbara və “Kornet” tank əleyhinə kompleksi sayəsində artırılıb.

Ağalar Qəribov
Ordu.az

Teqlər: Rusiya   Berejok   Əlcəzair  

Xəbər lenti

Əlcəzairli hərbçilər rus “Berejok”unu yüksək qiymətləndiriblər

2017/11/1510651414_1345345_1510660281.jpg
Oxunub: 212     15:50     14 Noyabr 2017    