“Moskva beynəlxalq qaydalar sistemini pozmağa çalışır” – Tereza Mey

2017/11/full-15106345848894c3051d5bfddff6cd035b0f312baf345345_1510659608.png
Oxunub: 172     15:39     14 Noyabr 2017    
“Moskva beynəlxalq qaydalar sistemini pozmağa çalışır”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, müvafiq bəyanat Böyük Britaniyanın Baş naziri Tereza Mey tərəfindən bazar ertəsi günü Londonun meri tərəfindən verilən ziyafətdə səsləndirilib.

Britaniya liderinin sözlərinə görə, Moskva beynəlxalq qaydalar sistemini pozmağa çalışır. Eyni zamanda Mey əlavə edib ki, Rusiya bir neçə dəfə haker hücumlarını həyata keçirib, digər dövlətlərin seçimlərinə müdaxilə edib, həmçinin "informasiya silahları" hazırlamağa çalışıb.

"Rusiya səlahiyyətlilərinin hərəkətləri Qərbdə iğtişaş ocaqlarının yaradılmasına yönəldilib", - deyə Britaniyanın baş naziri vurğulayıb.
Tereza Mey, həmçinin Rusiyanı Krımı qeyri-qanuni işğal edərək özünə birləşdirməkdə günahlandırıb.

"Biz nə etdiyinizi bilirik və sizlər bu planlarınıza müvəffəq olmayacaqsınız" deyən Birləşmiş Krallığın lideri nitqini tamamlayıb.

Ədalət Verdiyev
Ordu.az

Teqlər: Mey   Rusiya  

Xəbər lenti

“Moskva beynəlxalq qaydalar sistemini pozmağa çalışır” – Tereza Mey

2017/11/full-15106345848894c3051d5bfddff6cd035b0f312baf345345_1510659608.png
Oxunub: 173     15:39     14 Noyabr 2017    