Erməni deputatdan sərt çıxış: "Vigen Sarkisyan siyasi xadim olmaq üçün çox pendir-çörək yeməlidir"

2017/11/vigen-sargsyan-nikol-pashinyan-e1510063737777234234_1510659165.jpg
Oxunub: 184     15:30     14 Noyabr 2017    
"Vigen Sarkisyan Serj Sarkisyanın referentidir və müdafiə nazirinin iş otağında işləyir".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə bu gün erməni parlamentində “Hərbi xidmət və hərbi qulluqçular haqqında” qanun layihəsinin 2-ci oxunuşunun müzakirəsi zamanı “Yelk” fraksiyasının rəhbəri Nikol Paşinyan çıxış edərkən deyib.

"Vigen Sarkisyanın qanun layihəsinin birinci oxunuşunda səviyyəsiz yekun çıxışından sonra bu gün bu müzakirələrdə iştirak etməməsi başa düşülən deyil, ümumiyyətlə müdafiə naziri bu kürsüdən qızarmış toyuğun gülüşünə səbəb olan bir sıra bəyanatlar verdi. Vigen Sarkisyan durub deyir ki, mən siyasi xadim kimi, mən siyasi xadim kimi, ay millət, ay camaat, bu insan bütün fəaliyyətini müxtəlif vəzifəli şəxslərin qəbul otaqlarında keçirib. İndi durub deyir ki, mən siyasi xadiməm, o, "canlı" siyasətçi nə zaman görüb?", - deyə Nikol Paşinyan çıxışında bildirib.

O, Vigen Sarkisyanın, hansı şəraitdə qulluq etdiyini, eyni şəraitdə də erməni vətəndaşlarına qulluq etmələrini təklif etməsi barədə sözlərini xatırladıb.

"Yəni Vigen Sarkisyan Serj Sarkisyanın referenti kimi qulluq etməyi təklif edir. O, bu gündə Serj Sarkisyanın referentidir və müdafiə nazirinin iş otağında işləyir. Güc strukturlarından ikisinə Serj Sarkisyanın referentləri rəhbərlik edir. Onlardan heç biri mən siyasi xadiməm deməyə cürət etməsin. Siz siyasi xadim olmaq üçün hələ çox pendir çörək yeməlisiniz, lakin incə damağınız buna dözməyəcək, "jokaya" məruz qalar və reanimasiya şöbəsinə aparılarsınız", - deyə Paşinyan parlamentdə çıxışını davam edib.

Nikol Paşinyan həmçinin “Millət-Ordu” konsepsiyasına da toxunaraq bildirib ki, Viqen Sarkisyanın təşəbbüs göstərdiyi bu layihə haqqında əslində Jirayr Sefilyan çıxış edib. Hakimiyyət bu layihəni oğurlayıb və öz layihəsi kimi təqdim edir.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Paşinyan   Hərbi-xidmət   Erməni-ordusu  

Xəbər lenti

Erməni deputatdan sərt çıxış: "Vigen Sarkisyan siyasi xadim olmaq üçün çox pendir-çörək yeməlidir"

2017/11/vigen-sargsyan-nikol-pashinyan-e1510063737777234234_1510659165.jpg
Oxunub: 185     15:30     14 Noyabr 2017    