İrəvanda 5 tələbə aclıq elan etdi: “Sona qədər mübarizə aparacağıq”

2017/11/23600763_1271070379664082_979706430_o34534_1510658110.jpg
Oxunub: 183     15:13     14 Noyabr 2017    
İrəvanda tələbələr dövlət universiteti qarşısında toplaşaraq aclıq elan edən yoldaşlarına dəstək verməyə başlayıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, hazırda İrəvan dövlət universitetinin qarşısında xeyli sayda tələbə toplaşıb.

Onlar hərbi xidmətdən möhlət hüququnun ləğv edilməsinə etiraz edərək aclıq elan etmiş 5 tələbəyə dəstək nümayiş etdirirlər. Erməni KİV-lərinə görə bu gün 5 nəfər tələbə aclıq aksiyasına başlayıb.

Belə ki, İrəvan dövlət universitetinin informatika və tətbiqi riyaziyyat fakültəsinin auditoriyalarından birində aclıq aksiyası keçirən tələbələr qapını bağlayıb və heç kimi içəri buraxmayıblar. Fakültənin təhlükəsizlik əməkdaşları dərs prosesinin pozulduğunu əsas gətirərək, jurnalistləri içəridən çəkiliş aparmağa qoymayıb.

Aclıq aksiyası keçirən tələbələr “Elmin inkişafi naminə” təşəbbüs qrupunun üzvləridir.

Xatırladaq ki, 9 noyabr tarixində aclıq aksiyasına başlayan erməni gənclər Ermənistanın baş naziri Karen Karapetyan, müdafiə naziri Vigen Sarkisyan və təhsil naziri Levon Mkrtçyanla görüşüblər. Hökümət binasında 2 saat davam edən görüşdə tərəflər razılıq əldə edə bilməyiblər.

Bundan əlavə, Ermənistan parlamentinin təhlükəsizlik, müdafiə və daxili məsələlər üzrə daimi komissiyanın növbədənkənar iclası çağırılıb. Həmin iclasda qanun layihəsinin parlamentin müzakirəsinə çıxarılmasına razılıq verilib.

Qanun layihəsinə görə hərbi xidmətdən möhlət hüququnu ancaq müdafiə nazirliyi ilə müqavilə bağlayan tələbələr əldə edə biləcək. Həmin müqaviləyə əsasən, tələbə təhsilini başa vurduqdan sonra 2 il əvəzinə artıq zabit kimi 3 il xidmət edəcəyinə dair öhdəlik götürür.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Erməni-ordusu   Etiraz   Hərbi-xidmət  

Xəbər lenti

İrəvanda 5 tələbə aclıq elan etdi: “Sona qədər mübarizə aparacağıq”

2017/11/23600763_1271070379664082_979706430_o34534_1510658110.jpg
Oxunub: 184     15:13     14 Noyabr 2017    