Yaponiya F-3 qırıcısı ilə bağlı proqramı dondurub

2017/11/1510645892_8a9a8d3f03b39e8f99f239144bbfaa0b243_1510650827.jpg
Oxunub: 250     13:28     14 Noyabr 2017    
Yaponiya F-3 qırıcısının yaradılması ilə bağlı proqramı dondurub.

Ordu.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, Yaponiya hökuməti maliyyə problemləri və “Şimali Koreya və Çin təhlükəsi” ilə əlaqədar olaraq Müdafiə Qüvvələrini dərhal silahlandırmaq zərurətini nəzərə alaraq F-3 qırıcılarının hazırlanması proqramını dondurub.

Bildirilir ki, Yaponiyanın bu qırıcıları istehsal edə bilməsi üçün 40 milyard dollardan çox vəsaitə ehtiyac var. Bununla belə, F-3 qırıcılarının istehsalı realizəsi 2019-cu ildə başlayacaq 5 illik müdafiə planına daxil ediləcək.

Qeyd edilir ki, F-3 qırıcıları barədə dəqiq qərar 2018-ci ildən sonra veriləcək.

Həmçinin bildirilir ki, Yaponiya yeni qırıcının yaradılmasına 40 milyard dollar xərcləmədən ABŞ texnikası, o cümlədən F-35 qırıcılarını, “Raytheon” raketini və s. ala bilər. KXDR təhlükəsi ilə əlaqədar olaraq, onların rakeltərinə qarşı mübarizə aparmaq üçün vasitələrin alınması da nəzərdə tutulur.

Bununla belə, Yaponiya Müdafiə Nazirliyi, F-3 qırıcılarının istehsal ediləcək regionda daha da güclənən Çinə rəqabət göstərilməsində istifadə olunmasını istəyir. Həmçinin, müdafiə sənayesinin ümumilikdə inkişaf etdirilməsi də nəzətdə tutulut.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Yaponiyaya KXDR-ə qarşı mübarizə aparmaq üçün Amerikadan silah almağı təklif edib. Yaponiyanın baş naziri Sindzo Abe Tokionun ABŞ-dan silah almaq niyyətində olduğunu təsdiq edib.

Ağalar Qəribov
Ordu.az

Teqlər: KXDR   Yaponiya   F-3  

Xəbər lenti

Yaponiya F-3 qırıcısı ilə bağlı proqramı dondurub

2017/11/1510645892_8a9a8d3f03b39e8f99f239144bbfaa0b243_1510650827.jpg
Oxunub: 251     13:28     14 Noyabr 2017    