ABŞ və Rusiya Ukrayna barədə razlığa gəlib

2017/11/10035909_pic1456456_1510648630.jpeg
Oxunub: 121     12:37     14 Noyabr 2017    
Rusiya və ABŞ mövcud fikir ayrıseçkiliyinə baxmayaraq, Ukraynada sülhün əldə edilməsinə dair əməkdaşlığı davam etdirəcəklər.

Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Vladislav Surkov və ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker arasında noyabrın 13-də Belqradda keçirilən görüşdən sonra verilən ümumi bəyanatda qeyd edilib.

“Təəccüblü deyil ki, Birləşmiş Ştatlar və Rusiya sülhün əldə edilməsi üçün fərqli yollar seçirlər, lakin bu istiqamətdə fəaliyyəti birgə davam etdirəcəyik”, - deyə bəyanatda qeyd edilib.

“Minsk razılaşmalarına uyğun olaraq, təhlükəsizlik sahəsində siyasi tədbirlərin görülməsi qaydasına həmişə riayət edilib. Hər iki tərəf hazırki müzakirə üzərində düşünməli və problemin necə həll olunacağına qərar verməlidir”, - deyə mətndə vurğulanıb.

Ağalar Qəribov
Ordu.az

Teqlər: ABŞ   Donbas   Rusiya  

Xəbər lenti

ABŞ və Rusiya Ukrayna barədə razlığa gəlib

2017/11/10035909_pic1456456_1510648630.jpeg
Oxunub: 124     12:37     14 Noyabr 2017    